Главная > Maraqlı > 2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı
2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı16-01-2023, 10:39. Разместил: admin44 |
Qalib Azərbaycan dövləti 2022-ci ili uğurla yola saldı. Dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınan ölkəmiz ötən il iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail oldu, beynəlxalq müstəvidə milli maraqlarını qətiyyətlə təmin etdi. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işləri, sosial siyasətimizin dəyişməz olaraq qalması bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin iqtisadi strategiyası dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə təmin edir. Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, Ermənistanda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi. 2022-ci ildə Azərbaycanın siyasi gündəmində kifayət qədər əlamətdar hadisələr baş verib. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağa ilk köç, dövlət başçısının xarici ölkələrə səfərləri, eləcə də bir çox ölkələrin liderlərinin Bakıya təşrif buyurması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar və digər məqamları ilin əsas hadisələri sırasında qeyd edə bilərik. Son hadisələr göstərir ki, indiki vəziyyət Azərbaycan cəmiyyətini qane etmir. Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə yanaşı, sosial şəbəkələrdə yayılan fikirlər Azərbaycan ictimaiyyətinin Qarabağdakı vəziyyətdən ciddi şəkildə narazı olduğunu açıq şəkildə göstərir. Bir sözlə, Qarabağ və Qarabağ ətrafı ərazilərdə vəziyyət köklü şəkildə dəyişilməlidir. Azərbaycan hakimiyyəti bunu başa düşür. 2023-cü ildən qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaq. Tədricən vəziyyət dəyişiləcək. Hadisələr belə inkişaf etməsə, biz başqa vasitələrə əl atmalı olacağıq. Gələn il regionların idarə edilməsində bir sıra dəyişikliklər, yerli özünüidarəetmə orqanları ilə bağlı qərarların verilməsi gözləniləndir. Regionların idarə edilməsində optimallaşmaya ehtiyac var. Bu aspektdən Bakı şəhəri də daxil olmaqla, bütün rayonlarda icra hakimiyyəti institutunda bir sıra islahat və dəyişikliklərin edilməsi müzakirə mövzusudur. İcra hakimiyyəti və bələdiyyə institutunun bir-birilə münasibətlər sistemi müzakirə predmeti olacaq. Haqq savaşından qalib çıxan Azərbaycan ordu quruculuğunu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyətini bundan sonra da davam etdirəcək. Ermənistanda hələ də güclü revanşist əhvali-ruhiyyə mövcuddur. Düzdür, Azərbaycan Ordusu müharibədən sonra baş verən hadisələr zamanı düşmənin cəzasını layiqincə və artıqlaması ilə verib. Bununla belə, arxayınlaşmaq olmaz. Müzəffər ordumuzun döyüş imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Ceyhun Hüseynov, Masallı RMX-nin İƏ üzrə mütəxəssisi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |