• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı

    2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı


    Qalib Azərbaycan dövləti 2022-ci ili uğurla yola saldı. Dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınan ölkəmiz ötən il iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail oldu, beynəlxalq müstəvidə milli maraqlarını qətiyyətlə təmin etdi. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işləri, sosial siyasətimizin dəyişməz olaraq qalması bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin iqtisadi strategiyası dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə təmin edir.
                 
    Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, Ermənistanda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi.
                 
    2022-ci ildə Azərbaycanın siyasi gündəmində kifayət qədər əlamətdar hadisələr baş verib. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağa ilk köç, dövlət başçısının xarici ölkələrə səfərləri, eləcə də bir çox ölkələrin liderlərinin Bakıya təşrif buyurması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar və digər məqamları ilin əsas hadisələri sırasında qeyd edə bilərik. Son hadisələr göstərir ki, indiki vəziyyət Azərbaycan cəmiyyətini qane etmir. Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə yanaşı, sosial şəbəkələrdə yayılan fikirlər Azərbaycan ictimaiyyətinin Qarabağdakı vəziyyətdən ciddi şəkildə narazı olduğunu açıq şəkildə göstərir. Bir sözlə, Qarabağ və Qarabağ ətrafı ərazilərdə vəziyyət köklü şəkildə dəyişilməlidir. Azərbaycan hakimiyyəti bunu başa düşür. 2023-cü ildən qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaq. Tədricən vəziyyət dəyişiləcək. Hadisələr belə inkişaf etməsə, biz başqa vasitələrə əl atmalı olacağıq.
                 
    Gələn il regionların idarə edilməsində bir sıra dəyişikliklər, yerli özünüidarəetmə orqanları ilə bağlı qərarların verilməsi gözləniləndir. Regionların idarə edilməsində optimallaşmaya ehtiyac var. Bu aspektdən Bakı şəhəri də daxil olmaqla, bütün rayonlarda icra hakimiyyəti institutunda bir sıra islahat və dəyişikliklərin edilməsi müzakirə mövzusudur. İcra hakimiyyəti və bələdiyyə institutunun bir-birilə münasibətlər sistemi müzakirə predmeti olacaq.
                 
    Haqq savaşından qalib çıxan Azərbaycan ordu quruculuğunu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyətini bundan sonra da davam etdirəcək. Ermənistanda hələ də güclü revanşist əhvali-ruhiyyə mövcuddur. Düzdür, Azərbaycan Ordusu müharibədən sonra baş verən hadisələr zamanı düşmənin cəzasını layiqincə və artıqlaması ilə verib. Bununla belə, arxayınlaşmaq olmaz. Müzəffər ordumuzun döyüş imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq.



    Ceyhun Hüseynov,  
    Masallı RMX-nin İƏ üzrə mütəxəssisi



    “Yeni həyat” qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ