• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir

    Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir

    Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın Beynəlxalq müstəvidə rolunun güclənməsi haqqında fikir səsləndirməsi göstərir ki,Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir.
    Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də bu siyasətin məntiqi nəticəsidir. 200-ə yaxın dövlətin içərisində 155 dövlətin dəstəyini almaq həqiqətən də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna dəlalət edir. Ümumiyyətlə, uzun illərə hesablanan siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini gücləndirib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib. Belə bir geosiyasi məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə böyük nailiyyətlər əldə edilib. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən qürur duyuruq. Çünki dövlətimizin başçısı milli maraqlarımıza uyğun siyasəti qətiyyətlə həyata keçirir. Prezidentimiz vurğulayıb ki, Azərbaycanın razılığı olmadan regionda hər hansı layihə reallaşdırıla bilməz.

    Hikmət Əliyev,
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ