Главная > Siyasət > Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir
Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir7-03-2021, 20:49. Разместил: yeni321 |
Azərbaycanın beynəlxalq müstəvidə rolu güclənməkdədir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın Beynəlxalq müstəvidə rolunun güclənməsi haqqında fikir səsləndirməsi göstərir ki,Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də bu siyasətin məntiqi nəticəsidir. 200-ə yaxın dövlətin içərisində 155 dövlətin dəstəyini almaq həqiqətən də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna dəlalət edir. Ümumiyyətlə, uzun illərə hesablanan siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini gücləndirib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib. Belə bir geosiyasi məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə böyük nailiyyətlər əldə edilib. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən qürur duyuruq. Çünki dövlətimizin başçısı milli maraqlarımıza uyğun siyasəti qətiyyətlə həyata keçirir. Prezidentimiz vurğulayıb ki, Azərbaycanın razılığı olmadan regionda hər hansı layihə reallaşdırıla bilməz. Hikmət Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Вернуться назад |