Главная > Maraqlı > Ölkə diplomatiyasının növbəti uğuru
Ölkə diplomatiyasının növbəti uğuru18-01-2023, 15:41. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə texnoloji inkişafın yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya tətbiqi ilə inkişaf əldə edilməsi üçün mühüm addımlar atıldı. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezidenti İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir. Səfər çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb. Bu razılaşmalar Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, o cümlədən Azərbaycanda istixana qazlarının tullantılarının azalmasına, bərpa olunan enerji mənbələrindən istifadəyə və ölkənin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq. Cənab Prezidentimizi mərasimində də dediyi kimi, bu sadəcə bir qısamüddətli layihədir. "Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir", - dövlət başçısı bildirib. Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik "Qaradağ" günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir. İlkin Əzizov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |