• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkə diplomatiyasının növbəti uğuru

    Ölkə diplomatiyasının növbəti uğuru

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə texnoloji inkişafın yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya tətbiqi ilə inkişaf əldə edilməsi üçün mühüm addımlar atıldı. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezidenti İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir.  

    Səfər çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
    Bu razılaşmalar Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, o cümlədən Azərbaycanda istixana qazlarının tullantılarının azalmasına, bərpa olunan enerji mənbələrindən istifadəyə və ölkənin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq.
    Cənab Prezidentimizi mərasimində də dediyi kimi, bu sadəcə bir qısamüddətli layihədir.

    "Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir", - dövlət başçısı bildirib.

    Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik "Qaradağ" günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır.
    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.



    İlkin Əzizov,
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ