Главная > Maraqlı > Azərbaycan-Çin ikitərəfli münasibətləri daha da genişlənir

Azərbaycan-Çin ikitərəfli münasibətləri daha da genişlənir


21-01-2023, 15:28. Разместил: admin44


Dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərlərinin qatıldığı ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur  ki,keçirilir.2023-cü Davos İqtisadi Forumunda əsas müzakirə hədəfi postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.Forumda Azərbaycan Respublikasının Prezident İlham Əliyev də iştirak etmişdir.
     
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşmüş, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr vermişdir.
               
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində yanvarın 17-də Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər,bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.
             
Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəzmiz üçün çoxlu imkanlar yaradır. Tranzit və logistika məsələri ilə yanaşı qeyd edilib ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda bu istiqamətdə böyük potensial vardır və Çində böyük texnoloji nailiyyətlər mövcuddur.Bu gün bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib.

Həmçinin Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı vardır.Hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur.Bu  sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Azərbaycan və Çin arasında sıx əməkdaşlıq münasibətləri əsl dostluğa çevrilib və Azərbaycan Çinin böyük dostlarından biridir. Hər iki ölkəni bir-birinə daha uzunmüddətə dayanıqlı şəkildə yaxınlaşdıran əməkdaşlıq fəaliyyəti 30 il ərzində davam edən siyasi platforma üzərində daha da möhkəmlənib. Tərəflər arasında beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıq var, hər iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib.
                                                     



Mürvət Abbasov
tarix üzrə fəlsəfə doktoru,
ADPU Cəlilabad filialının müəllimi




 "Yeni həyat" qəzeti,
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад