• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan-Çin ikitərəfli münasibətləri daha da genişlənir

    Azərbaycan-Çin ikitərəfli münasibətləri daha da genişlənir



    Dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərlərinin qatıldığı ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur  ki,keçirilir.2023-cü Davos İqtisadi Forumunda əsas müzakirə hədəfi postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.Forumda Azərbaycan Respublikasının Prezident İlham Əliyev də iştirak etmişdir.
         
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşmüş, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr vermişdir.
                   
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində yanvarın 17-də Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər,bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.
                 
    Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəzmiz üçün çoxlu imkanlar yaradır. Tranzit və logistika məsələri ilə yanaşı qeyd edilib ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda bu istiqamətdə böyük potensial vardır və Çində böyük texnoloji nailiyyətlər mövcuddur.Bu gün bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib.

    Həmçinin Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı vardır.Hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur.Bu  sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Azərbaycan və Çin arasında sıx əməkdaşlıq münasibətləri əsl dostluğa çevrilib və Azərbaycan Çinin böyük dostlarından biridir. Hər iki ölkəni bir-birinə daha uzunmüddətə dayanıqlı şəkildə yaxınlaşdıran əməkdaşlıq fəaliyyəti 30 il ərzində davam edən siyasi platforma üzərində daha da möhkəmlənib. Tərəflər arasında beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıq var, hər iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib.
                                                         



    Mürvət Abbasov
    tarix üzrə fəlsəfə doktoru,
    ADPU Cəlilabad filialının müəllimi




     "Yeni həyat" qəzeti,
     www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    2. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    3. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    4. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    5. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    6. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    9. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    10. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    11. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    12. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    13. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    14. 07:45 Bir ağacda beş cür meyvə...
    15. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    16. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    17. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    18. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    19. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    20. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    21. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    22. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    23. 23:30 Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 
    24. 23:30 Budapeştdə Türk həmrəyliyinin yeni mərhələsi, siyasi iradə və iqtisadi uzaqgörənlik
    25. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    26. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    27. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    28. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    29. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    31. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    32. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    33. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    34. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    35. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    37. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    38. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    39. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    40. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ