Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 

    Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 

    Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirib. Bu nöqteyi-nəzərdən uzun illər münasibətlərin soyuq olduğu Türkmənistanla Azərbaycan arasında yaranan istiləşmə diqqəti cəlb edir. İki ölkə aralarında Xəzər dənizindəki neft-qaz yatağı ilə bağlı yaranan mübahisəni həll edib, eyni zamanda iqtisadi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmağa nail olub. Orta Dəhlizin digər iştirakçı ölkəsi Qazaxıstanla da münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb.

    Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması,təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Ölkəmizin marşrutun digər iştirakçıları olan Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir. Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi,üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. Son altı ayda gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb.İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır. Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir.İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. 

    Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır. Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər Proseslərin gedişi göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. 

    Bu baxımdan,Azərbaycan yaxınmüddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir  deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır. Bu baxımdan,Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır.Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır.Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq.

    Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki, gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir. Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Bu səviyyəyə asan gəlinməyib. Ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursu əsas rol oynayıb.

     Müasir geosiyasi kontekstdə bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Tarixi mərhələdə müstəqil dövlətin gücü daxili potensialı ilə beynəlxalq aləmdəki mövqeyinin vəhdətində ifadə olunur. Bu iki aspekt bir-birini tamamladıqda, ölkə daha sabit inkişaf xəttinə çıxır. Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğu kursunu işləyərkən, həmin məqamı çox ciddi surətdə nəzərə alıb.Azərbaycan daxili iqtisadi inkişafını təmin etməklə yanaşı, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən, nüfuzunu artıran tədbirləri də davamlı surətdə həyata keçirib.Mütəxəssislər haqlı olaraq buna sübut kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttini və başqa layihələri göstərirlər.

     



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ