Главная > Maraqlı > Azərbaycan öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan da II Qarabağ müharibəsinin dərslərini heç zaman unutmamalıdır
Azərbaycan öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan da II Qarabağ müharibəsinin dərslərini heç zaman unutmamalıdır23-03-2023, 18:39. Разместил: admin44 |
Artıq üçüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır. Təxminən 30 illik fasilədən sonra, 2021-ci ildə ilk dəfə Azərbaycan bu gözəl bayramı artıq Qarabağda da qeyd etdi. Bu imkanı bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük təntənə ilə qeyd olunacaq. Möhtərəm dövlət başçımızın 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı günü biz hamımız qürurla xatırlayırıq. Bu il isə, martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndində görülən yenidənqurma işləri ilə tanış oldular və Novruz tonqalını alovlandırdılar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz çıxışında ilk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etdi və bununla bizim, bütün xalqımızın bu gün tariximizin ən şərəfli dövrünü yaşamağımıza görə ilk növbədə məhz onlara borclu olduğumuzu bir daha hər kəsin daim xatırlamalı olduğunu vurğuladı.Azərbaycanın öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan və onun havadarları da II Qarabağ müharibəsinin dərslərini, bütün dünya ictimaiyyəti isə, işğal dövründə ölkəmizin və xalqımızın başına gətirilən müsibətləri heç zaman unutmamalıdırlar: “Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında qaldığı dövrdə Ermənistan xalqımıza qarşı olmazın cinayətlər törədib.”Bu cinayətlər arasında etnik təmizləmə siyasəti və nəticə olaraq yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması, qaçqın, köçkün vəziyyətinə düşməsi, xalqımıza qarşı törədilən soyqırımı və hərbi cinayətlər bütün dünyanın gözü qarşısında baş vermişdir. Lakin aparıcı dünya dövlətləri də, dünya siyasətini yönəltməyə iddialı olan beynəlxalq təşkilatlar da bütün bu haqsızlıqlara göz yummuş, səssiz qalmışdılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək üçün yox, dondurmaq üçün səylər göstərirdilər. Azərbaycan otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltsa da, əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Bütün bunlar vəziyyəti elə bir həddə çatdırdı ki, son dərəcə azğınlaşmış Ermənistan rəhbərliyi artıq “Qarabağ Ermənistandır və nöqtə”, - kimi bəyanatlar verməyə belə cürət edirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən keçmiş Minsk qrupuna həmsədrlik edən ölkələr isə bu bəyanata heç bir reaksiya vermirdilər. Halbuki, möhtərəm dövlət başçımız işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğalçılardan azad edəcək. Nəhayət belə də oldu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 rəşadətli Azərbaycan Ordusu mənfur düşməni torpaqlarımızdan qovdu və Qarabağda Azərbaycan Bayrağını ucaltdı. Azərbaycan xalqı öz Prezidentinin, cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, öz haqqını, öz hüquqlarını döyüş meydanında bərpa etdi, işğal edilmiş torpaqları qan tökərək azad etdi. Bu gün isə, Azərbaycan azad edilmiş ərazilərini yenidən qurur, həyatı yenidən həmin torpaqlara qaytarır. Məğlub Ermənistan isə, bundan sonrakı taleyi barədə yaxşı-yaxşı düşünməlidir. Prezident İlham Əliyevin çıxışında yer almış xəbərdarlıq mesajlarının həm Ermənistan, həm də onun havadarları tərəfindən tam ciddiliyi ilə diqqətə alınmalı olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan rolu, ölkəmizin artıq uzun müddətdir ki, bir çox Avropa İttifaqına üzv dövlətlərin enerji təçhizatında özünü etibarlı tərəfdaş kimi təqdim etməsi Azərbaycanın beynəlxalq mövqelərinin kifayət qədər güclənməsini təmin edib. Məntiq və sağlam düşüncə məğlub, miskin və riyakar Ermənistanla qalib, zəngin və dürüst Azərbaycan arasında düzgün seçim edilməsində ikinci variantın olmadığını birmənalı təsdiq edir. Azərbaycanın dünyada, o cümlədən Avropada dostlarının və strateji tərəfdaşlarının sayı durmadan artır. Bununla belə, hətta yaranmış yeni geosiyasi reallıqlar fonunda belə, bəzi dövlətlər yenə də Ermənistana havadarlıq etmək niyyətlərində qalırlar. Bu ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edilir, bəziləri isə hətta Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağ”ın müstəqilliyini belə tanıyırlar. Bu boş, mənasız cəhdlər əlbəttə ki, Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafın bərqərar olmasına qətiyyən xidmət etmir. Belə səylər Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı hansısa absurd ərazi iddialarının irəli sürülməsinə səbəb olur. Bu, qətiyyən yolverilməz haldır və ilk növbədə erməni xalqı üçün çox pis nəticələrə gətirib çıxara bilər. Bunun baş verməməsi üçün həm Ermənistan rəhbərliyi, həm də onun arxasında duran bəzi ölkələr dərhal bütün çirkin əməllərdən çəkinməlidirlər. Dövlət başçımızın dediyi kimi, Ermənistan 29 min kvadrat kilometr ərazidə rahat yaşamaq üçün ona təklif olunan şərtləri qəbul etməlidir. Rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır və əlbəttə ki, dövlətimzin təklif etdiyi şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Əks halda, böyük hərbi və iqtisadi gücə, dünyada güclü mövqeyə sahib olan Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini isə, Ermənistan rəhbərliyi özü düşünməlidir. Rusif Kərimov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |