• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan da II Qarabağ müharibəsinin dərslərini heç zaman unutmamalıdır

    Azərbaycan öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan da II Qarabağ müharibəsinin dərslərini heç zaman unutmamalıdır


    Artıq üçüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır. Təxminən 30 illik fasilədən sonra, 2021-ci ildə ilk dəfə Azərbaycan bu gözəl bayramı artıq Qarabağda da qeyd etdi. Bu imkanı bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük təntənə ilə qeyd olunacaq. Möhtərəm dövlət başçımızın 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı günü biz hamımız qürurla xatırlayırıq.

    Bu il isə, martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndində görülən yenidənqurma işləri ilə tanış oldular və Novruz tonqalını alovlandırdılar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz çıxışında ilk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etdi və bununla bizim, bütün xalqımızın bu gün tariximizin ən şərəfli dövrünü yaşamağımıza görə ilk növbədə məhz onlara borclu olduğumuzu bir daha hər kəsin daim xatırlamalı olduğunu vurğuladı.Azərbaycanın öz ərazilərini azad etmək üçün verdiyi qurbanları daim xatırlayacağı kimi, Ermənistan və onun havadarları da II Qarabağ müharibəsinin dərslərini, bütün dünya ictimaiyyəti isə, işğal dövründə ölkəmizin və xalqımızın başına gətirilən müsibətləri heç zaman unutmamalıdırlar: “Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında qaldığı dövrdə Ermənistan xalqımıza qarşı olmazın cinayətlər törədib.”Bu cinayətlər arasında etnik təmizləmə siyasəti və nəticə olaraq yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması, qaçqın, köçkün vəziyyətinə düşməsi, xalqımıza qarşı törədilən soyqırımı və hərbi cinayətlər bütün dünyanın gözü qarşısında baş vermişdir.

     Lakin aparıcı dünya dövlətləri də, dünya siyasətini yönəltməyə iddialı olan beynəlxalq təşkilatlar da bütün bu haqsızlıqlara göz yummuş, səssiz qalmışdılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək üçün yox, dondurmaq üçün səylər göstərirdilər. Azərbaycan otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltsa da, əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Bütün bunlar vəziyyəti elə bir həddə çatdırdı ki, son dərəcə azğınlaşmış Ermənistan rəhbərliyi artıq “Qarabağ Ermənistandır və nöqtə”, - kimi bəyanatlar verməyə belə cürət edirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən keçmiş Minsk qrupuna həmsədrlik edən ölkələr isə bu bəyanata heç bir reaksiya vermirdilər. Halbuki, möhtərəm dövlət başçımız işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğalçılardan azad edəcək. Nəhayət belə də oldu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 rəşadətli Azərbaycan Ordusu mənfur düşməni torpaqlarımızdan qovdu və Qarabağda Azərbaycan Bayrağını ucaltdı. Azərbaycan xalqı öz Prezidentinin, cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, öz haqqını, öz hüquqlarını döyüş meydanında bərpa etdi, işğal edilmiş torpaqları qan tökərək azad etdi. Bu gün isə, Azərbaycan azad edilmiş ərazilərini yenidən qurur, həyatı yenidən həmin torpaqlara qaytarır. Məğlub Ermənistan isə, bundan sonrakı taleyi barədə yaxşı-yaxşı düşünməlidir.
           
    Prezident İlham Əliyevin çıxışında yer almış xəbərdarlıq mesajlarının həm Ermənistan, həm də onun havadarları tərəfindən tam ciddiliyi ilə diqqətə alınmalı olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan rolu, ölkəmizin artıq uzun müddətdir ki, bir çox Avropa İttifaqına üzv dövlətlərin enerji təçhizatında özünü etibarlı tərəfdaş kimi təqdim etməsi Azərbaycanın beynəlxalq mövqelərinin kifayət qədər güclənməsini təmin edib. Məntiq və sağlam düşüncə məğlub, miskin və riyakar Ermənistanla qalib, zəngin və dürüst Azərbaycan arasında düzgün seçim edilməsində ikinci variantın olmadığını birmənalı təsdiq edir. Azərbaycanın dünyada, o cümlədən Avropada dostlarının və strateji tərəfdaşlarının sayı durmadan artır.

    Bununla belə, hətta yaranmış yeni geosiyasi reallıqlar fonunda belə, bəzi dövlətlər yenə də Ermənistana havadarlıq etmək niyyətlərində qalırlar. Bu ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edilir, bəziləri isə hətta Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağ”ın müstəqilliyini belə tanıyırlar. Bu boş, mənasız cəhdlər əlbəttə ki, Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafın bərqərar olmasına qətiyyən xidmət etmir. Belə səylər  Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı hansısa absurd ərazi iddialarının irəli sürülməsinə səbəb olur. Bu, qətiyyən yolverilməz haldır və ilk növbədə erməni xalqı üçün çox pis nəticələrə gətirib çıxara bilər.

    Bunun baş verməməsi üçün həm Ermənistan rəhbərliyi, həm də onun arxasında duran bəzi ölkələr dərhal bütün çirkin əməllərdən çəkinməlidirlər. Dövlət başçımızın dediyi kimi, Ermənistan 29 min kvadrat kilometr ərazidə rahat yaşamaq üçün ona təklif olunan şərtləri qəbul etməlidir. Rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır və əlbəttə ki, dövlətimzin təklif etdiyi şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Əks halda, böyük hərbi və iqtisadi gücə, dünyada güclü mövqeyə sahib olan Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini isə, Ermənistan rəhbərliyi özü düşünməlidir.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ