Главная > Maraqlı > Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçrilmişdir
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçrilmişdir22-03-2023, 19:15. Разместил: admin44 |
16 mart 2023-cü il tarixdə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutdu. Bilavasitə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Zirvə görüşü Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürünü nümayiş etdirdi. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Dövlətimizin başçısı qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi: “Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi, təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi. Həmçinin vətəndaşlarımız da bu məsələdə çox aktiv oldular, yardım toplama məntəqələrinə əşyalar gətirdilər, ianələr topladılar. Prezident İlham Əliyev Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlar, Türk dövlətləri arasında qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi və iqtisadi əməkaşlıq, həmçinin türk xalqlarının birliyi barədə danışarkən həmçinin qeyd etmişdir ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”. Prezident İlham Əliyev Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi: “1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi qəbul olundu. Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək. Məhbubə Şahbazova, Masallı rayonu, Bədəlan kənd tam orta məktəbi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |