• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçrilmişdir

    Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçrilmişdir


    16 mart 2023-cü il tarixdə  Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutdu.  Bilavasitə Azərbaycan Respublikasının  Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Zirvə görüşü  Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürünü nümayiş etdirdi.  “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır.

     Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Dövlətimizin başçısı qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi: “Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi, təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi.

     Həmçinin vətəndaşlarımız da bu məsələdə çox aktiv oldular, yardım toplama məntəqələrinə əşyalar gətirdilər, ianələr topladılar.  Prezident İlham Əliyev Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlar, Türk dövlətləri arasında qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi və iqtisadi əməkaşlıq, həmçinin türk xalqlarının birliyi barədə danışarkən həmçinin qeyd etmişdir ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq:  “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib.

     Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”. Prezident İlham Əliyev Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi: “1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi  qəbul olundu.
                 
    Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara  Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək.

           

    Məhbubə Şahbazova,
    Masallı rayonu, Bədəlan kənd tam orta məktəbi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ