• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ermənistan beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir

    Ermənistan beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşündə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərar xüsusi qeyd olunmalıdır. Heç şübhəsiz bu Fond Təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfələr verəcək. Ankara Sammitinin gedişində Türk dünyası ölkələrinin Xəzər hövzəsində neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyi vurğulanıb, ölkəmizin təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə artıq 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırıldığı və əsas seqmenti TANAP olan Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları qeyd olunub. Həmçinin Ankara Sammitində son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində sayı və miqyası artan dağıdıcı hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında Türk Dövlətləri Təşkilatının sistemli əməkdaşlıq platformasının, mülki müdafiə sisteminin yaradılmasının, qabaqcıl dünya təcrübəsinin tətbiqinin, ictimai məlumatlılığın artırılmasının, sıx əməkdaşlıq və dəstək mexanizmlərinin formalaşdırılmasının  vacibliyi vurğulanıb.
                       
    Prezident İlham Əliyevin Fövqəladə Zirvə görüşündə etdiyi çıxışında toxunduğu məsələlərin vacibliyini qeyd edən deputat bildirib ki, dövlət başçımızın Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozması barədə dediklərini rəsmi İrəvan ciddi mesaj kimi dəyərləndirməlidir: “İlk növbədə belə bir məqamı qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyev Ankara Zirvə görüşündəki çıxışında qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insalara yardım məqsədilə indiyədək Azərbaycandan AFAD və digər humanitar qurumların bank hesabına 45 milyon ABŞ dollarından artıq vəsait köçürüldüyünü və qardaş Türkiyəyə 5320 ton humanitar yardımın çatdırıldığını qeyd etməklə, həmçinin 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatmaqla Azərbaycan və Türkiyə əlaqələrinin ən səmimi dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulamış oldu. Həmçinin dövlətimizin başçısı digər türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətlərinin yüksək qiymətləndirildiyini xüsusi qeyd etdi. Bir qardaşlıq jesti olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin tikildiyi və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunduğu diqqətə çatdırıldı.

    Əməkdaşlıq əlaqələrinin getdikcə şaxələndiyini vurğulayan cənab Prezident ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradıldığını bildirdi. Bununla yanaşı dövlət başçımızın çıxışında Azərbaycanın öz dostlarını dar gündə tək buraxmayacağı kimi, düşmənlərinin də təxribatlarını heç bir halda cavabsız qoymayacağına dair aşkar mesajlar öz əksini tapmışdır. Cənab Prezident birmənalı olaraq bildirmişdir ki, bu gün  Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri və kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Həmçinin Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaqla 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərini kobudcasına pozur. Cənab Prezident İlham Əliyev bütün bunların yolverilməz olduğunu qeyd edib və bildirib ki, Ermənistan bunlara görə məsuliyyət daşımalıdır. Azərbaycan Prezidentinin heç zaman, heç bir sözü sadəcə danışıq xatirinə söyləmədiyini artıq bütün dünya və əlbəttə ki, hər kəsdən də daha yaxşı ermənilər bilirlər. Buna görə də yaxşı olardı ki, dövlət başçımızın verdiyi birmənalı mesajları rəsmi İrəvan tam ciddiliyi ilə qəbul etsin və özü üçün müvafiq nəticələr çıxararaq, beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü öhdəliklərin dərhal icrasına başlasın.
             
    Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları deyib: Bu gün həqiqətən də Azərbaycan Ermənistan tərəfindən 30 illik işğal dövrü ərzində tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Dövlət başçımızın dediyi kimi, həmin ərazilərdə sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə salınır. Azad edilmiş torpaqlarda indiyədək heç yerdə görünməmiş yenidənqurma işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına start verilib. Lakin bu gün Azərbaycan ictimaiyyətinin gündəmində artıq yeni bir Qayıdış konsepsiyası müzakirə olunmaqdadır. Məlumdur ki, Türk dünyasının coğrafiyasına müdaxilə məqsədilə 1920-ci ilin noyabr ayında tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzur sovet hökumətinin qərarı ilə respublikamızdan ayrılıb Ermənistana verilmişdir. Bu da Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar öz dədə-baba yurdlarından, indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və hələ də UNESCO-dan müsbət cavab gözləyir. Lakin Azərbaycan xalqı beynəlxalq təşkilatların bu kimi məsələlərdə selektiv yanaşma tərzini nümayiş etdirdiklərinin dəfələrlə, həm çox uzun müddət şahidi olub. Buna görə də öz haqlarını, hüquqlarının bərpasını daha təşkilatlanmış formada tələb etmək üçün Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər.

    Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar və bu məqsədə çatmaq üçün xüsusi konsepsiya işləyib hazırlayıblar. Bu barədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün iştirakçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Dövlətimizin başçısı bu Konsepsiyanın məqsədəuyğunluğunu vurğulayaraq, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistanın da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməli olduğunu bildirib. Bu, tamamilə haqlı və ədalətli bir tələbdir və Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalarına şərait yaratmağa borcludur.  


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ