Главная > Maraqlı > Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərdə olmuşdur
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərdə olmuşdur22-03-2023, 19:45. Разместил: admin44 |
Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz çətin, məşəqqətli günlərdən aydınlığa çıxmışdı, qısa zamanda öz tarixi mövcudluğunu sübuta yetirərək nəinki regionun, hətta dünyanın qabaqcıl ölkələri sırasında olmağa haqq qazanmışdı. Bu gün artıq ölkəmiz Ümummilli Liderin ənənələrinə sadiq qalaraq uğurla irəliləyir, Ali Baş Komandan tərəfindən hər ötən gün yeni uğurlar qazanılır, istər hərbi-siyasi, istərsə də siyasi-ictimai müstəvidə böyük işlər görülür. Bu gün tam əminliklə deyə bilərik ki, analoji tərəqqi yolu keçmiş bir sıra Qərb dövlətlərində olduğu kimi, Azərbaycanda da zəngin təbii potensialın milli mənafelərə uyğun reallaşdırılması, respublikamızın regional qlobal miqyasda təsir edən proseslərə geniş nüfuz imkanları qazanması məhz milli lider amili ilə şərtlənir. Ölkə Prezidenti cənab İlham Əliyevin mart ayının 13-14-də Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti və Kansleri ilə keçirdiyi görüşlərdə müzakirə olunan əsas mövzulardan birinin məhz Ermənistan-Azərbaycan münasibətləri barədə olması Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında Almaniyanın xüsusilə maraqlı olduğunu deməyə əsas verir. Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təhlükəsizliyinə necə böyük təhdidlər törətdiyini bu gün bütün dünya müşahidə edir. Bu hadisələrin fonunda yeni enerji mənbələri axtaran Avropa İttifaqının nəzərlərini Azərbaycana yönəltdiyi də anlaşılandır. Ölkəmiz zəngin enerji resurslarına malikdir və eyni zamanda da Azərbaycan müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən dövlətdir. Qeyd etdiyimiz kimi, ölkə başçımızın Almaniya Respublikasına işgüzar səfəri hər iki ölkənin uzun illərdir, qazandığı əlaqələrin daha da inkişaf etməsinə şərait yaratdı. Keçirilən yüksək səviyyəli görüş, həm də Azərbaycan - Almaniya mədəni əlaqələr sistemində əməkdaşlıq sahəsində tarixi təcrübəsinə istinad edərək daha da inkişaf etdirilməsi üçün konkret addımlar atılmasına ciddi təkan oldu. Mövzu ilə bağlı muxtar respublikamızın ictimai fəalları, alim və siyasi xadimlərinin məqalə müsahibələrini çoxsaylı oxucularımıza çatdırmaq ənənəsinə sadiq qalıb, siyasi tərəfdaşlığın növbəti ziyalı mövqeyini öyrənmək qərarına gəldik. Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşünün Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyini vurğulayaraq bunları deyib: “Azərbaycan artıq neçə müddətdir ki, enerji sahəsində Avropa ilə əməkdaşlıq edir və bu müddət ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Bu gün qitənin enerji təhlükəsizliyinə yönəlmiş və getdikcə daha çox böyüyən böhran təhdidi fonunda Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. Əgər 2021-ci ildə Avropaya Azərbaycandan 8 milyard kubmetr qaz ixrac edilirdisə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Həmçinin gələcək illərdə ölkəmiz öz ixrac coğrafiyasını Avropada genişləndirmək istəyir. Bütün bunlar təbii ki, Avropanın, o cümlədən Almaniyanın işgüzar dairələri tərəfindən izlənilir, təhlil edilir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Azərbaycan isə bu tələbatı da nəzərə alaraq, enerji satışından əldə etdiyi gəlirləri nəqliyyat infrastrukturuna yönəltməklə bu problemin də həllinə mühüm töhfələr vermiş olur. Digər tərəfdən də ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti alman biznesinin təmsilçilərinə yaxşı məlumdur. Beləliklə, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün hər cür şərait və möhkəm zəmin mövcuddur. Ülviyyə Məmmədova, Masallı rayon B.Məmmədov ad. Böyük Xocavar kənd tam orta məktəbi. Dil ədəbiyyat müəllimi. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |