• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərdə olmuşdur

    Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərdə olmuşdur


    Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz çətin, məşəqqətli günlərdən aydınlığa çıxmışdı, qısa zamanda öz tarixi mövcudluğunu sübuta yetirərək nəinki regionun, hətta dünyanın qabaqcıl ölkələri sırasında olmağa haqq qazanmışdı. Bu gün artıq ölkəmiz Ümummilli Liderin ənənələrinə sadiq qalaraq uğurla irəliləyir, Ali Baş Komandan tərəfindən hər ötən gün yeni uğurlar qazanılır, istər hərbi-siyasi, istərsə də siyasi-ictimai müstəvidə böyük işlər görülür. Bu gün tam əminliklə deyə bilərik ki, analoji tərəqqi yolu keçmiş bir sıra Qərb dövlətlərində olduğu kimi, Azərbaycanda da zəngin təbii potensialın milli mənafelərə uyğun reallaşdırılması, respublikamızın regional qlobal miqyasda təsir edən proseslərə geniş nüfuz imkanları qazanması məhz milli lider amili ilə şərtlənir.
                   
    Ölkə Prezidenti cənab İlham Əliyevin mart ayının 13-14-də Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti və Kansleri ilə keçirdiyi görüşlərdə müzakirə olunan əsas mövzulardan birinin məhz Ermənistan-Azərbaycan münasibətləri barədə olması Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında Almaniyanın xüsusilə maraqlı olduğunu deməyə əsas verir. Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təhlükəsizliyinə necə böyük təhdidlər törətdiyini bu gün bütün dünya müşahidə edir. Bu hadisələrin fonunda yeni enerji mənbələri axtaran Avropa İttifaqının nəzərlərini Azərbaycana yönəltdiyi də anlaşılandır. Ölkəmiz zəngin enerji resurslarına malikdir və eyni zamanda da Azərbaycan müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən dövlətdir.
     
     Qeyd etdiyimiz kimi, ölkə başçımızın Almaniya Respublikasına işgüzar səfəri hər iki ölkənin uzun illərdir, qazandığı əlaqələrin daha da inkişaf etməsinə şərait yaratdı. Keçirilən yüksək səviyyəli görüş, həm də Azərbaycan - Almaniya mədəni əlaqələr sistemində əməkdaşlıq sahəsində tarixi təcrübəsinə istinad edərək daha da inkişaf etdirilməsi üçün konkret addımlar atılmasına ciddi təkan oldu. Mövzu ilə bağlı muxtar respublikamızın ictimai fəalları, alim və siyasi xadimlərinin məqalə müsahibələrini çoxsaylı oxucularımıza çatdırmaq ənənəsinə sadiq qalıb, siyasi tərəfdaşlığın növbəti ziyalı mövqeyini öyrənmək qərarına gəldik.
               
     Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşünün Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyini vurğulayaraq bunları deyib: “Azərbaycan artıq neçə müddətdir ki, enerji sahəsində Avropa ilə əməkdaşlıq edir və bu müddət ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Bu gün qitənin enerji təhlükəsizliyinə yönəlmiş və getdikcə daha çox böyüyən böhran təhdidi fonunda Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. Əgər 2021-ci ildə Avropaya Azərbaycandan 8 milyard kubmetr qaz ixrac edilirdisə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Həmçinin gələcək illərdə ölkəmiz öz ixrac coğrafiyasını Avropada genişləndirmək istəyir.

    Bütün bunlar təbii ki, Avropanın, o cümlədən Almaniyanın işgüzar dairələri tərəfindən izlənilir, təhlil edilir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Azərbaycan isə bu tələbatı da nəzərə alaraq, enerji satışından əldə etdiyi gəlirləri nəqliyyat infrastrukturuna yönəltməklə bu problemin də həllinə mühüm töhfələr vermiş olur. Digər tərəfdən də ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti alman biznesinin təmsilçilərinə yaxşı məlumdur. Beləliklə, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün hər cür şərait və möhkəm zəmin mövcuddur.  



    Ülviyyə Məmmədova,
    Masallı rayon B.Məmmədov ad. Böyük Xocavar kənd tam orta məktəbi. Dil ədəbiyyat müəllimi.  



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ