• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri etmişdir

    Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri etmişdir


    Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına impuls verən növbəti uğurlu səfərdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti və Kansleri ilə görüşləri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi, ölkəmizin həm siyasi və həm də iqtisadi maraqlarına uyğundur.
                   
    Müasir dövrdə də Almaniya ilə Azərbaycan həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan iki tərəfdaş ölkədir. Bu münasibətlərin qurulmasında, indiki arzuolunan səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Belə ki, Ulu Öndərin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlıq geniş şəkildə müzakirə mövzusu olmuş, bundan sonra müdafiə, siyasi, terrorizmə qarşı mübarizə və digər sahələrdə uğurlu əməkdaşlığın əsası qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Ulu öbdər  Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb.
               
    Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb. Bütün sahələrdə olduğu kimi inkişaf etmiş ölkələrlə iqtisadi və siyasi əlaqələrin davamlı inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının strateji prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şoltsla və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri olduqca səmərəli keçdi. Diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Ölkəmizdə bərpa olunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində gözəl imkanlar var və bunun fonunda gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, həmçinin, "yaşıl enerji" ixrac edən ölkəyə də çevriləcək.
                 
    Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd etdi ki, Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Cənab Prezident ümidvar olduğunu söyləyərək qeyd etdi ki, Ermənistan bu şansı qaçırmayacaq və bununla da, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq.
                   
    Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiqdir və bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapıb. Almaniya hökumətinin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Həmçinin Almaniya Kansleri ilə birgə mətbuat konfransında Ermənistan–Azərbaycan münaqişəsinin tarixi və hərbi-siyasi yolla həlli barədə ətraflı məlumat verən Prezident İlham Əliyev iki ölkə arasında sülhün yaradılması üçün dövlətimizin atdığı addımlardan danışıb.



    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ