Главная > Maraqlı > Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərdə olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərdə olmuşdur23-03-2023, 19:49. Разместил: admin44 |
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən roseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaq görənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur. Respublikamızın 2010-cu ilin birinci yarısında bütün sahələrdə sürətlə inkişaf etməsi rəsmi Bakıya eyni zamanda xarici siyasət sahəsində də qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı vermişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dolğun təsəvvür yaratmaq,xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır. Balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir. Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb. Keçən il iyulun 18-də “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanla əməkdaşlığın İttifaq üçün əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, rəsmi Bakı Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair memorandumlar imzalayıb. Hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin etibarlı təmin edilməsində Azərbaycanla əməkdaşlıq əsas amillərdən biri kimi çıxış edir: "Digər vacib məsələ dünyada müşahidə olunan qlobal logistika marşrutlarının şaxələndirilməsi prosesində Azərbaycanın əhəmiyyətinin artmasıdır. Azərbaycan ən əlverişli alternativ Şərq-Qərb marşrutunun mərkəzi ölkəsidir və geniş tranzit imkanlarına malikdir. Bütün bunlar və xarici siyasət qərarlarını müstəqil şəkildə verən ölkə, etibarlı tərəfdaş olması Azərbaycanın strateji önəmini artırır. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçirilməsi üçün Berlinin təşəbbüskar olacağı gözlənilən idi. Rusiya-Ukrayna müharibəsi Almaniyanın xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olub və ətrafda baş verən proseslərə daha həssas yanaşmasını şərtləndirib". Nemət Abdullayev Masallı r. Banbaşı kəndi Cavanşir Qasımov adına tam orta məktəbi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |