• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərdə olmuşdur

    Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərdə olmuşdur


    Müasir dövrdə hər bir  dövlətin beynəlxalq münasibətlər sistemində  layiqli  mövqe  tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara  adekvat  cavab  verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici  uğurlara  imza atması  onun  çağdaş  dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır.  Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən roseslərə çevik və adekvat reaksiyası ilə seçilən,  çoxqütblü  əməkdaşlığa  üstünlük verən verən ölkələr tez bir zamanda  qarşıya qoyduqları məqsədlərə  nail  ola  bilirlər.
                 
    Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas  istinad  mənbəyi  olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli   uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər.      
               
    2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab  İlham  Əliyev  ulu  öndərin böyük uzaq görənliklə irəli  sürdüyü  xarici  siyasət  kursunu  yeni  dövrün  tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq  arenada  nüfuzunun  daha da yüksəlməsinə, milli maraqlarını maksimum    səviyyədə qorumasına nail olmuşdur.
               
    Respublikamızın 2010-cu ilin birinci yarısında bütün sahələrdə sürətlə inkişaf etməsi rəsmi Bakıya eyni zamanda xarici siyasət sahəsində də qarşıya  qoyulmuş  vəzifələri inamla gerçəkləşdirmək imkanı vermişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  dünya  siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi  ruhlu  islahatlar  barədə  dolğun təsəvvür yaratmaq,xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır. Balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə  üstünlük  vermiş,  sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.
                     
    Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb. Keçən il iyulun 18-də “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanla əməkdaşlığın İttifaq üçün əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, rəsmi Bakı Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair memorandumlar imzalayıb.

    Hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin etibarlı təmin edilməsində Azərbaycanla əməkdaşlıq əsas amillərdən biri kimi çıxış edir: "Digər vacib məsələ dünyada müşahidə olunan qlobal logistika marşrutlarının şaxələndirilməsi prosesində Azərbaycanın əhəmiyyətinin artmasıdır. Azərbaycan ən əlverişli alternativ Şərq-Qərb marşrutunun mərkəzi ölkəsidir və geniş tranzit imkanlarına malikdir. Bütün bunlar və xarici siyasət qərarlarını müstəqil şəkildə verən ölkə, etibarlı tərəfdaş olması Azərbaycanın strateji önəmini artırır. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçirilməsi üçün Berlinin təşəbbüskar olacağı gözlənilən idi. Rusiya-Ukrayna müharibəsi Almaniyanın xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olub və ətrafda baş verən proseslərə daha həssas yanaşmasını şərtləndirib".


    Nemət Abdullayev
    Masallı r. Banbaşı kəndi Cavanşir Qasımov adına tam orta məktəbi


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ