Главная > Maraqlı > 31 Mart - Azərbaycanlılara qarşı soyqırım günüdür
31 Mart - Azərbaycanlılara qarşı soyqırım günüdür25-03-2023, 18:17. Разместил: admin44 |
XIX əsrdə öz dövlətçiliyini itirən xalqımız zaman-zaman təzyiqlərə məruz qalmışdır. XX əsrin əvvəllərində Rusiya imperiyasında başlanan milli azadlıq hərəkatında xalqımızın qabaqcıl ziyalıları da fəal iştirak edirdilər. Onlar ilk növbədə milli dövlətçiliyimizin bərpasına nail olmaq istəyirdilər. Rusiyanın Birinci dünya müharibəsində məğlub olması ilə Yaxın Şərqdə olan rus qoşunları geri qayıtmalı oldular. Lakin onların əsas hissəsi Bakıda qalaraq, geri qayıtmaqdan imtina etdilər. Bakı 1918- ci ilin3 fevralından Cənubi Qafqaz Komissarlığının səlahiyyətlərindən kənarda qalan yeganə şəhər idi. Hələ 1917- ci ilin oktyabrından şəhərdə Bakı Soveti hakimiyyəti öz əlinə almış və rəhbəri Stepan Şaumyan idi. Bakı Soveti nəinki Azərbaycanın müstəqilliyini, heç muxtariyyət ideyasının yaxına buraxmaq istəmir, rədd edirdi. 15 mart 1918- ci ildə daşnak qüvvələr Azərbaycan milli azadlıq hərəkatına qarşı mübarizə aparmaq üçün öz aralarında gizli saziş imzaladılar. 30 martda isə daşnaklar bolşeviklərlə birgə çıxış etmək barədə hiyləgər təklif irəli sürdülər və həmin gün soyqırıma başladılar. Müsəlman məhəllələri hər tərəfdən bombardman edilirdi. Üç gün ərzində Bakıda 12 min azərbaycanlı qətlə yetirildi. Bakı quberniyasının ərazində isə 15 sentyabra kimi soyqırım siyasəti davam etdi və 50 mindən çox insan qətlə yetirildi.Kaspi və Açıq söz qəzetinin redaksiyası, İsmaliyyə binası, Tağıyev teatrı, Təzəpir və Şah məscidi yandırıldı. Aprelin 1-də Azərbaycanın siyasi partiya və təşkilatları Bakı Sovetinin tələbləri ilə razı oldular. Bakıdan başqa Quba, Şamaxı, Lənkəran, Hacıqabul və diğər ərazilərdə də dinc əhaliyə qarşı soyqırım siyasəti davam etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. Ulu öndər Heydər Əliyev 1998- ci ilin martında Mart soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi sərəncam imzalamışdır. Sərəncamda9 xalqımıza qarşı bu cinayət hadisəsini daha ətraflı öyrənmək, onu gələcək nəsillərə çatdırmaq bir vəzifə olaraq müvafiq təşkilatlar qarşısında qoyulmuşdur. Bu gün Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində böyük işlər görülür və xalqımız əmindir ki, aparılan siyasət nəticəsinə xalqımız bir daha XX əsrdə başına gələn faciələr ilə üzləşməyəcək. Allah bütün Şəhidlərimizə rəhmət etsin. U. Ağayev Qızılavar kənd, Ə. Mirzəyev adına tam orta məktəbin tarix müəllimi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |