• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 31 Mart - Azərbaycanlılara qarşı soyqırım günüdür

    31 Mart - Azərbaycanlılara qarşı soyqırım günüdür

                 
    XIX əsrdə öz dövlətçiliyini itirən xalqımız zaman-zaman təzyiqlərə məruz qalmışdır. XX əsrin əvvəllərində Rusiya imperiyasında başlanan milli azadlıq hərəkatında xalqımızın qabaqcıl ziyalıları da fəal iştirak edirdilər. Onlar ilk növbədə milli dövlətçiliyimizin bərpasına nail olmaq istəyirdilər.
             
     Rusiyanın Birinci dünya müharibəsində məğlub olması ilə Yaxın Şərqdə olan rus qoşunları geri qayıtmalı oldular. Lakin onların əsas hissəsi Bakıda qalaraq, geri qayıtmaqdan imtina etdilər.  Bakı 1918- ci ilin3 fevralından Cənubi Qafqaz Komissarlığının səlahiyyətlərindən kənarda qalan yeganə şəhər idi. Hələ 1917- ci ilin oktyabrından şəhərdə Bakı Soveti hakimiyyəti öz əlinə almış və rəhbəri Stepan Şaumyan idi. Bakı Soveti nəinki Azərbaycanın müstəqilliyini, heç muxtariyyət ideyasının yaxına buraxmaq istəmir, rədd edirdi.
                 
    15 mart 1918- ci ildə daşnak qüvvələr Azərbaycan milli azadlıq hərəkatına qarşı mübarizə aparmaq üçün öz aralarında gizli saziş imzaladılar. 30 martda isə daşnaklar bolşeviklərlə birgə çıxış etmək barədə hiyləgər təklif irəli sürdülər və həmin gün soyqırıma başladılar. Müsəlman məhəllələri hər tərəfdən bombardman edilirdi. Üç gün ərzində Bakıda 12 min azərbaycanlı qətlə yetirildi. Bakı quberniyasının ərazində isə 15 sentyabra kimi soyqırım siyasəti davam etdi və 50 mindən çox insan qətlə yetirildi.Kaspi və Açıq söz qəzetinin redaksiyası, İsmaliyyə binası, Tağıyev teatrı, Təzəpir və Şah məscidi yandırıldı.  Aprelin 1-də Azərbaycanın siyasi partiya və təşkilatları Bakı Sovetinin tələbləri ilə razı oldular. Bakıdan başqa Quba, Şamaxı, Lənkəran, Hacıqabul və diğər ərazilərdə də dinc əhaliyə qarşı soyqırım siyasəti davam etmişdir.
               
    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
                 
    Ulu öndər Heydər Əliyev 1998- ci ilin martında Mart soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi sərəncam imzalamışdır. Sərəncamda9 xalqımıza qarşı bu cinayət hadisəsini daha ətraflı öyrənmək, onu gələcək nəsillərə çatdırmaq bir vəzifə olaraq müvafiq təşkilatlar qarşısında qoyulmuşdur.  Bu gün Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində böyük işlər görülür və xalqımız əmindir ki, aparılan siyasət nəticəsinə xalqımız bir daha XX əsrdə başına gələn faciələr ilə üzləşməyəcək.
    Allah bütün Şəhidlərimizə rəhmət etsin.

     
    U. Ağayev  
    Qızılavar kənd, Ə. Mirzəyev adına tam orta məktəbin tarix müəllimi.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ