Главная > Maraqlı > Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri
Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri29-03-2023, 15:40. Разместил: admin44 |
Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Məlumdur ki, ölkəmizdə çoxşaxəli islahatlar aparılır və bu, islahatlar təbii olaraq siyasi sistemi də əhatə edir. Azərbaycanda parlament seçkilərindən sonra Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Müvafiq dövlət qurumları da bu prosesi həyata keçirməkdədir. Qeyd edilməlidir ki, son iki il ərzində siyasi dialoqa bağlı çox mühüm işlər görülüb, bu istiqamətdə zəruri addımlar atılıb. İqtidar tərəfindən siyasi dialoqa dəvət olunan bütün siyasi partiyalar ölkədə öz problemlərini, vəziyyəti və əməkdaşlığın hansı istiqamətlərdə ola bilməsi zərurətini iqtidar nümayəndəsinə çatdırıb və bu proses artıq inkişaf edir. Sözügedən dialoq başladıqdan sonra bəzi siyasi partiyalar qeydiyyata alınıb, bəziləri öz fəaliyyətini həyata keçirmək üçün müvafiq qərargahlarla təmin ediliblər. Bu proses davam edir və daha da dərinləşir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı dialoq prosesinin müsbət dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” Siyasi dialoq artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Ölkə başçısının da qeyd etdiyi kimi “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”. Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir.İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu. Babayeva Elanora, Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəb "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |