• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

    Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri


    Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin  formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.
                 
    Məlumdur ki, ölkəmizdə çoxşaxəli islahatlar aparılır və bu, islahatlar təbii olaraq siyasi sistemi də əhatə edir. Azərbaycanda parlament seçkilərindən sonra  Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Müvafiq dövlət qurumları da bu prosesi həyata keçirməkdədir. Qeyd edilməlidir ki, son iki il ərzində siyasi dialoqa bağlı çox mühüm işlər görülüb, bu istiqamətdə zəruri addımlar atılıb.
                 
     İqtidar tərəfindən siyasi dialoqa dəvət olunan bütün siyasi partiyalar ölkədə öz problemlərini, vəziyyəti və əməkdaşlığın hansı istiqamətlərdə ola bilməsi zərurətini iqtidar nümayəndəsinə çatdırıb və bu proses artıq inkişaf edir. Sözügedən dialoq başladıqdan sonra bəzi siyasi partiyalar qeydiyyata alınıb, bəziləri öz fəaliyyətini həyata keçirmək üçün müvafiq qərargahlarla təmin ediliblər.
                   
    Bu proses davam edir  və daha da dərinləşir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı dialoq prosesinin müsbət dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
                 
    Siyasi dialoq artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Ölkə başçısının da qeyd etdiyi kimi “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.
           
    Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir.İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.


    Babayeva Elanora,
    Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəb



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ