• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məşhur Məmmədov: 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir

    Məşhur Məmmədov: 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir


    Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın  uğurlarını şərtləndirən amillərdən geniş bəhs edərək bildirib ki, davamlı  inkişafın təmin edilməsi təkmil  islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri  əsas tələb kimi qarşıya qoyur. Reallıq budur ki,  islahatlara alternativ yoxdur: “Zaman, dövr dəyişirsə, qarşımızda yeni vəzifələr, çağırışlar dayanırsa, islahatlar qaçılmazdır. Azərbaycanın islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi beynəlxalq aləmdə nüfuz qazanması da bu təkmilləşmələrə əsaslanır. Hər bir təkmilləşmənin əsasında ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi, insanların rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması dayanır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələri də ölkəmizin idarəetmə sistemində yeniliklərə  nə qədər maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu hədəfi daim önə çəkir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.”

    Millət vəkili vurğulayıb ki, 9 fevral 2020-ci ildə  islahatlar siyasətinin davamı kimi  növbədənkənar parlament  seçkilərinin  keçirilməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı: “Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş  və gələcəyə hesablanmış siyasəti və bu xəttin son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi tərəqqisi, bu fonda güclü sosial siyasəti, ordu quruculuğu, beynəlxalq nünasibətlər sistemində yeri və rolu ilə diqqətdədir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqla inkişaf modelinin özəlliklərini də təqdim edir.”

    Məşhur Məmmədov ölkə Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixində  VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışından bəhs edərək bu məqamı xüsusi qeyd edib ki, dövlət başçısı yeni tərkibdə formalaşan parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı: “Bir mühüm məqamı da nəzərə alsaq ki, 2020-ci il, eyni zamanda, Azərbaycanın öz torpaqlarına qovuşduğu, 30 ilin işğalına son qoyduğu ildir, son bir ildən artıq dövrün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən bərpa və quruculuq işləri dayanır, bu halda  yeni mütərəqqi qanunların qəbulu bir zərurət kimi ortaya qoyulur. Təbii ki, burada əsas diqqət iqtisadi islahatların dərinləşdirilməsinə yönəldilir.”

    “Tarixi Zəfərimiz bir sıra mühüm məqamların, reallıqların təqdimatı oldu” söyləyən millət vəkili  bildirib ki, ölkəmizdə siyasi dialoq mühiti mövcuddur:  “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlament siyasi sistemin təkmilləşdirilməsinə, partiyalar arasında əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən çıxışında səsləndirdiyi “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” çağırışını önə çəkərək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yeni tərkibdə formalaşan parlament bu istiqamətdə  lazımı addımları atacaq.  Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılır.”

    Millət vəkili onu da əlavə edib ki, ümummilli məsələlərdə bütün siyasi partiyaların vahid mövqedən çıxış etməsi günümüzün əsas tələbləri sırasındadır: “44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqləmələri də  bunun bariz nümunəsidir. Eyni addımı Azərbaycan-Türkiyə müttəfiqliyinin  təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasında da şahidi olduq. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərkən 6 siyasi partiyanın YAP-a qoşulmaq qərarı da ölkəmizdə  yeni siyasi konfiqurasiyanın  formalaşdığını təsdiqləyir.”

    Ölkənin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında qanunların rolundan danışan Məşhur Məmmədov bildirib ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, siyasi,  iqtisadi və sosial  islahatları həyata keçirmək məsələləri dayanır:  “Azərbaycan  demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.  Xalqımız atılan uğurlu addımların nəticəsində əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayır.  Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, zaman  islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir və Azərbaycana möhtəşəm uğurlar qazandırır.”


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ