Главная > Maraqlı > “Heydər Əliyev irsini öyrənək” mövzusu - Ərkivan qəsəbə 5 saylı tam orta məktəbi

“Heydər Əliyev irsini öyrənək” mövzusu - Ərkivan qəsəbə 5 saylı tam orta məktəbi


5-04-2023, 15:39. Разместил: admin44

Aprelin 5-də  Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Masallı Tarix-Diyarşünaslıq Muzeyi , Masallı Dövlət Rəsm Qalereyası, Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə  Ərkivan qəsəbə 5 saylı tam orta məktəbin şagird və müəllimləri iştirakı etdi.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin elmi işçisi Dilgüşə Məmmədova ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycan gənclərinin mütəşəkkil inkişafında və məhz Heydər Əliyev  siyasətinin nəticəsində bu günki gənclərin inkişafı cəmiyyətin göstəricisinə çevrilməsindən danışdı. D. Məmmədova Heydər Əliyevin irsinin gələcək nəsillər üçün zəngin xəzinə olduğunu xüsusi qeyd etdi.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov  Heydər Əliyev irsi,  xalqı və müstəqil dövlətimiz üçün göstərdiyi xidmətlər haqqında geniş məruzə etdi.

Yekunda tədbir iştirakçıları muzeyə və qalereyaya ekskursiya etdilər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад