“Heydər Əliyev irsini öyrənək” mövzusu - Ərkivan qəsəbə 5 saylı tam orta məktəbi
- 5-04-2023, 15:39
- Maraqlı
- 0
- 257

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işçisi Dilgüşə Məmmədova ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycan gənclərinin mütəşəkkil inkişafında və məhz Heydər Əliyev siyasətinin nəticəsində bu günki gənclərin inkişafı cəmiyyətin göstəricisinə çevrilməsindən danışdı. D. Məmmədova Heydər Əliyevin irsinin gələcək nəsillər üçün zəngin xəzinə olduğunu xüsusi qeyd etdi.
Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov Heydər Əliyev irsi, xalqı və müstəqil dövlətimiz üçün göstərdiyi xidmətlər haqqında geniş məruzə etdi.
Yekunda tədbir iştirakçıları muzeyə və qalereyaya ekskursiya etdilər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az