Главная > Maraqlı > Vətəndaşkları narahat edən məsələ: Qəssababənzər cərrahlar...        

Vətəndaşkları narahat edən məsələ: Qəssababənzər cərrahlar...        


17-04-2023, 12:08. Разместил: admin44

                                                                            Ərəbcədən dilimizə keçmiş qəssab və cərrah sözləri peşə bildirən eyni qəlibdən çıxsa da mənaları çox fərqlidir. Biri bıçaqla heyvan kəsib-doğrayıb satana, o birisi isə insanın bədənini yarıb sağaldana deyilir. 

Amma zaman dəyişəndən sonra bu peşələrin məzmunca da oxşar cəhətləri qabarıq şəkildə üzə çıxdı. Məsələn, qəs­sab aldığı danaya baxıb əlüstü bilir ki, qa­zancı nə qədər olacaq. Cərrah da onun kimi, yanına gələn xəstəliyə görə qazan­cını hesablayır. Qəssab heyvanı alandan sonra arın-arxayın gətirib bağlayır ət dü­kanın qabağına. Cərrahın isə xəstənin əldən çıxmaması üçün “təcili kəsilməlidir, yoxsa lap pisləşər” deyib onu tələsdirir. Belə tələsikliyin nəticəsində hətta sağ ayağın yerinə sol ayağın kəsilməsi halı, ağrılı diş əvəzinə sağlam dişin çıxarılma­sı halları da olub.

Cərrahların belə tələskənliyi başa­düşüləndir: Birdən xəstə əməliyatdan qaçar, yaxud başqa cərrah tapar. Bir var ki, xəstəni müalicə ilə sağaltmaq üçün həftələr, aylar keçə, haqqını günlər sonra alasan; bir də var ki, uzağı, bir neçə sa­ata kəsib-doğrayıb haqqını alasan. Qoy, oxucular düşünməsinlər ki, bunları özüm­dən uydururam. Yox gördüklərimi, anla­dıqlarımı söyləyirəm. Atalar demişkən, başına gələn başmaqçı olar. Konkret mi­sal istəyirsinizsə, onu da deyim.

Bir neçə ay əvvəl boğazım məni çox incidirdi. Həkim qonşum limfa düyünü əmələ gəlməsindən şübhələnib məni cərrah-endokrinoloq tanışının yanına göndərdi. Analizlərdən sonra laborato­riyada bildirdilər ki, düyün var, amma, əməliyyata ehtiyac yoxdur. Cərrah isə mənə müalicə yazmaq yerinə ciddi şə­kildə dedi: “Canının birdəfəlik qurtarma­sını istəyirsənsə, gəl vəzilərini kəsib, gö­türək”. “Yox”, – deyib çıxıb getdim. 

Başqa bir misal. Ayaqlarımdakı va­rikoz genişlənməsini lazer əməliyyatı ilə götürmək üçün ötən ilin elə bu vaxtın­da paytaxtın sağlamlıq mərkəzində adı çıxmış bir professorun yanına getdim. Analizləri verəndən sonra həkimlə söh­bət edirdim ki, köməkçisi hay-həşirlə xəbər verdi ki, bəs sabah səhər əməliy­yat olunacaq xəstə gəlməyəcək. Elə bu vaxt professor məni göstərib arxayınlıqla dedi:

– O olmasın, bu olsun. Müəllimi əmə­liyyata hazırlayın. 

Məcbur olub bildirdim:

– Professor, mənim kardeoloji analiz cavablarım sabah hazır olacaq. 

Həkim isə artıq qəraını vermişdi:

– Əşşi, eybi yoxdur. Əməliyyatdan qabaq baxarıq. 

Məsələ aydın idi. Cərrahı düşündürən əsas məsələ əməliyyat edəcəyi daha bir xəstə, ondan alacağı məbləğ idi. 

Qəzəb qarışıq təəccüblə soruşdum:

– Birdən ürəyimə görə məni əməliy­yat etmək olmazsa, necə?!

Əlqərəz, birtəhər bu başabəla pro­fessordan canımı qurtarıb evə qaçdım.

“Korona”dan qabağın söhbətidir. Yaxın bir dostumun başına gələnlər həm gülməli, həm də ağlamalı idi... Onun ayağında ziyil əmələ gəlmişdi. Həkimlər demişdilər: “Xərçəngdir, qıçını kəsmək gərəkdir, qiyməti də filan qədərdir. Kəs­məsək, öləcəksən”. 

Təbii ki, o, nə ölməyə, nə də ayağı­nın kəsilməsinə razı idi, müalicə olunmaq istədi. Növbəti dəfə xəstəxanaya yarası­nı sarıtmağa gedəndə, başqa bir həkim, guya, onun halına acıyaraq demişdi: 

– Görürəm, pensiyaçısan. Deyilən məbləğə gücün çatmır. Sabah mincə ma­nat gətir, özüm kəsəcəm. 

Bu melodramın sonu belə qurtardı: Dostumun qızı xəstəlik haqqında bütün məlumatları qardaş Türkiyədəki tanışına göndərdi, oradan cavab gəldi ki, xəstəni gətirin, müalicə edək. Bir sözlə, Türkiyə­də onu sağaldıb geri yola saldılar. 

Mən bizim həkimləri aşağılamaq istə­mirəm. Yaxşı həkimlərimiz də çox olub, hələ də yox deyil. İndi bacarıqlı doktorla­rımız daha çoxdur. Bir çoxu da Türkiyədə uzmanlıq qazanıb gəlib. Sadəcə işləri korlayan vaxtında gəlməmiş kapitalizm­dir. Sosializmin pulsuz səhiyyəsini indinin özəl, pullu təbabəti əvəz edib. Tibbi sı­ğorta da hələ gözlənən səmərəni vermir.

Belə bir şəraitdə Hippokrat andını, vicdan, insaf haqqında dədə-baba nə­sihətlərini və İslam ehkamlarını unutmuş əksər həkimlərimiz tibbi alverə, indiki an­lamla desək, biznesə çevirmişlər. İşbaz özəl xəstəxana sahibləri tibbi haram qa­zanc virusu ilə yoluxdurmuşlar. Dərman alış-verişini qazanclı ticarət sahəsinə çe­virmişlər. İstehsalçı şirkətlərlə dilbir olub, qiymətini aşağı salmaq üçün dərman­ların tərkibini dəyişdirirlər. Odur ki, belə dərmanların xəstələrə təsiri olmur. Bunu çoxları deyir. Xəstələrimiz çalışırlar ki, dərmanı xaricdən gətizdirsinlər, onu da gömrükdə əngəlləyirlər. 

Bəli, viruslara yoluxmuş xəstələri sa­ğaltmalı olan qəssababənzər cərrahlar özləri haram qazanc virusuna yoluxmuş­lar. Onlar özləri bu virusu məhv etməli­dirlər. Söhbət xalqın sağlamlığı kimi ciddi məsələdən gedir.



Fazil GÜNEY,
yazıçı-publisist


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад