Главная > Maraqlı > Azərbaycan xalqının xilaskarı
Azərbaycan xalqının xilaskarı9-05-2023, 17:05. Разместил: admin44 |
2023- cü ilin mayın 10-da Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Həmin sərəncama görə 2023- cü il Azərbaycanda "Heydər Əliyev" ili elan edilmişdir. "Heydər Əliyev" ili çərçivəsində Respublika ərazisində bir çox silsilə tədbirlər həyata keçirilir. Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Respublikanın bütün ümum təhsil müəssisələrində "Ən yaxşı Təqdimat" müsabiqəsi, bütün dövlət təşkilatlarında "Ağacəkmə" kompaniyası,"Heydər Əliyev və Müstəqil Azərbaycan" silsilə tədbirlər, müsabiqələr il ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik illəri xalqımızın nadir tarixi imkandan yararlanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ulu Öndərin şah əsəri olan Müstəqil Azərbaycan dövləti öz süverenliyini,müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla,sübuta yetirmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır,yenidən hakimiyyətə gəldiyi günü-"Milli Qurtuluş Günü" kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti,onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır. Ziyafəddin Cavadov, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |