• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan xalqının xilaskarı

    Azərbaycan xalqının xilaskarı


    2023- cü ilin mayın 10-da Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev sərəncam imzalayıb. Həmin sərəncama görə 2023- cü il Azərbaycanda "Heydər Əliyev" ili elan edilmişdir. "Heydər Əliyev" ili çərçivəsində Respublika ərazisində bir çox silsilə tədbirlər həyata keçirilir.
                 
     Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Respublikanın bütün ümum təhsil müəssisələrində "Ən yaxşı Təqdimat" müsabiqəsi, bütün dövlət təşkilatlarında "Ağacəkmə" kompaniyası,"Heydər Əliyev və Müstəqil Azərbaycan" silsilə tədbirlər, müsabiqələr il ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
                   
    Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik illəri xalqımızın nadir tarixi imkandan yararlanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
                   
    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
                 
    Ulu Öndərin şah əsəri olan Müstəqil Azərbaycan dövləti öz süverenliyini,müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla,sübuta yetirmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır,yenidən hakimiyyətə gəldiyi günü-"Milli Qurtuluş Günü" kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti,onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
             
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
                 
    Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.



    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    2. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    3. 23:30 Tarixi qələbəyə aparan yol
    4. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    5. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    6. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    7. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    8. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    9. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    11. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    12. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    13. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    14. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    15. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    16. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    17. 11:31 Masallıda Qurban bayramı - 2025
    18. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    19. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    20. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    21. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    23. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    24. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    25. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    26. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    27. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    28. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    29. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    30. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    31. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    32. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    33. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    34. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    35. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    36. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    37. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    38. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    39. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    40. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ