Главная > Maraqlı > Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları

Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları


26-05-2023, 23:30. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Masallı bölgəsi üzrə  şöbəsi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları ” mövzusunda tədbir keçirilib.Tədbirdə rayon ictimaiyyətinin nümayəndəsi ,hüquq-mühafizə orqanının  əməkdaşı,  Masallı Regional Dövlət  Kollecinin  tələbələri,YAP-ın fəal gəncləri və kitabxana əməkdaşları iştirak ediblər.

 Tədbiri açıq elan edən Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov bəşəriyyəti narahat edən başlıca problemlərdən biri olan narkomaniya  ilə mübarizə aparmaq üçün mədəniyyət müəssisələrində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Samid Əliyev narkomaniyanın cəmiyyətə vurduğu zərərlər və  narkomaniyaya qarşı mübarizə metodları haqqında əhatəli çıxış edib. Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov  bildirib ki, rəhbərin olduğu dövlət qurumu gənc nəsli narkomaniya təhlükəsindən qorumaq və onları sosial həyatda fəal iştiraka təşviq etmək məqsədilə  sosilal-mədəni fəaliyyət aparır, Polis şöbəsi ilə birgə orta məktəblərdə müntəzəm görüşlər keçirir.  

 DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli  çıxış edərək narkomaniya bəlasına qarşı səmərəli mübarizə apamaq üçün cəmiyyətin bütün təbəqələrinin  kütləvi  səfərbər olmasının vacibliyini vurğulayıb.Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məqsədilə fərman və qanunların qəbul olunması və icrası, dövlət komissiyasının yaradılması dövlətin bu bəlaya qarşı ciddi mövqe sərgilədiyini göstərir. Respublikamızın narkomaniya və narkobizneslə  mübarizə üzrə  müvafiq  qurumların beynəlxalq təşkilatlar, o cümlədən  Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. YAP-ın nümayəndəsi Eldar Kazımov çıxış edərək yetkinlik yaşına çatmayan uşaqları narkomaniya  təhlükəsinə  qarşı xəbərdar etmək məqsədilə təbliğat işlərini artırdıqlarını diqqətə çatdırıb.

 









“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад