Главная > Maraqlı > 100 ilin işığı
100 ilin işığı31-05-2023, 10:45. Разместил: admin44 |
Əlimə qələm alıb haqqında yazmaq istədim. Nə yazım, necə yazım? Əsrə bərabər ömür yolunu bir yazıya necə düzüm? Xalq üçün döyünən ürək sahibi,millət üçün düşünən zəka sahibi,bütün milli-mənəvi dəyərləri,insani keyfiyyətləri, sadiqliyi,uzaqgörən siyasəti,Vətən sevgisini, millət təəssübkeşliyini özündə cəmləyən ŞƏXSİYYƏT. Qaranlıqdan aydınlığa işıq olan 100 illik ömür yolu. 1923 cü il 10 may sıradan bir gün. Amma gün gələcək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq həmin gün dünyaya gəlişi ilə Azərbaycanın müstəqilliyini,suverenliyini, büdrəyən Azərbaycanı ayağa qaldırıb, siyasi arenalarda bir dövlət kimi haqq işinin müdafiəsində,dağılan ölkənin yenidən qurulmasında,anarxiyanın, hərc-mərcliyin aradan qaldırılmasında,xalqı millətə düşmən mövqe sərgiləyən ünsürlərin caynaqlarından təmizlənməsində,yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın böyüməsi,inkişafi üçün ürəyinin yağını verən,gecə-gündüz demədən çalışan, mübarizə aparan və nəhayət bütün bu mübarizələrə qalib gələcək dahi Şəxsiyyət doğuldu.Harda işləməsindən,hansı şəraitdə çalışmasından asılı olmayaraq millətinin sabahını düşünən dahi şəxsiyyət Heydər Əliyev. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Vətənə, millətə, xalqa müstəsna xidmətləri ilə tarix yazaraq əbədilik qazanan Ulu Öndərin mübarizə dolu həyat yolu ibrətlik bir məktəbdir.Ulu Öndərin həyat və siyasi fəaliyyətini varaqladıqca insan riqqətə gəlir. Necə böyük siyasi savada,uzaqgörənliyə, müdrikliyə, dəmir iradəyə, zəngin dövlətçilik idarəçiliyinə,Vətən, millət sevgisinə sahib olasan ki, bütün sahələrin inkişafında Öz imzanı qoyasan. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat,kənd təsərrüfatı, mədəniyyət, təhsil, səhiyyə sahəsində böyük uğurlar əldə edildi,çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə diqqət göstərildi, yaşayış massivləri salındı,neft-qaz kontraktları ilə siyasi arenalarda qalib gəldi, beynəlxalq aləmdə Azərbaycanı təmsil edərək haqq işinin müdafiəsinə nail oldu. «Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onuəbədi etməkdən ibarətdir» deyən HEYDƏR ƏLİYEV 1991-ci ildə Azərbaycanda yaranmış təhlükəli vəziyyətdən olduqca narahat idi.Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü. Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. Xalq yeganə nicat yolunu Heydər Əliyevdə görürdü, Azərbaycan xalqı Ulu Öndəri təkidlə hakimiyyətə çağırırdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız Ümimmilli Liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər. 1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi. Amma Heydər Əliyev xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”. Təbii ki, bu gün hər birimiz bunun şahidiyik və bu gün ölkəmizin hər yerində böyük şəxsiyyətin 100 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir,ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir və hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasətin nəticəsidir ki, bugün Azərbaycanı bütün dünya tanıyır. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Əlimə qələm alıb haqqında yazmaq istədim, Kainata sığmayan bir yazıya sığarmı?! Dilarə HÜSEYNOVA, Masallı Dövlət Regional Kollecin direktor müavini. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |