• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • 100 ilin işığı


    Əlimə qələm alıb haqqında yazmaq istədim.

    Nə yazım, necə yazım?

    Əsrə  bərabər ömür yolunu bir yazıya necə düzüm?
    Xalq üçün döyünən ürək sahibi,millət üçün düşünən zəka sahibi,bütün milli-mənəvi dəyərləri,insani keyfiyyətləri, sadiqliyi,uzaqgörən siyasəti,Vətən sevgisini, millət təəssübkeşliyini özündə cəmləyən ŞƏXSİYYƏT. Qaranlıqdan aydınlığa işıq olan 100 illik ömür yolu.

    1923 cü il 10 may sıradan bir gün. Amma gün gələcək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq həmin gün dünyaya gəlişi ilə Azərbaycanın müstəqilliyini,suverenliyini, büdrəyən Azərbaycanı ayağa qaldırıb, siyasi  arenalarda bir dövlət kimi haqq işinin müdafiəsində,dağılan ölkənin yenidən qurulmasında,anarxiyanın, hərc-mərcliyin aradan qaldırılmasında,xalqı  millətə düşmən mövqe sərgiləyən  ünsürlərin caynaqlarından təmizlənməsində,yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın böyüməsi,inkişafi üçün ürəyinin yağını verən,gecə-gündüz demədən çalışan, mübarizə aparan və nəhayət bütün bu mübarizələrə qalib gələcək dahi Şəxsiyyət doğuldu.Harda işləməsindən,hansı şəraitdə çalışmasından asılı olmayaraq millətinin sabahını düşünən dahi şəxsiyyət Heydər Əliyev.
    Gərək nəbzin Vətənin nəbzi ilə vursun.

    Vətənə, millətə, xalqa müstəsna xidmətləri ilə tarix yazaraq əbədilik qazanan Ulu Öndərin mübarizə dolu həyat yolu ibrətlik bir məktəbdir.Ulu Öndərin həyat və siyasi fəaliyyətini varaqladıqca insan riqqətə gəlir. Necə böyük siyasi savada,uzaqgörənliyə, müdrikliyə, dəmir iradəyə, zəngin dövlətçilik idarəçiliyinə,Vətən, millət sevgisinə sahib olasan ki, bütün sahələrin inkişafında Öz imzanı qoyasan.
    Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat,kənd təsərrüfatı, mədəniyyət, təhsil, səhiyyə sahəsində böyük uğurlar əldə edildi,çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə diqqət göstərildi, yaşayış massivləri salındı,neft-qaz   kontraktları ilə siyasi arenalarda qalib gəldi, beynəlxalq aləmdə Azərbaycanı təmsil edərək haqq işinin müdafiəsinə nail oldu.

    «Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq,
    möhkəmləndirmək, inkişaf etdirmək və onuəbədi etməkdən ibarətdir» deyən HEYDƏR ƏLİYEV 1991-ci ildə Azərbaycanda yaranmış  təhlükəli vəziyyətdən olduqca narahat idi.Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü.

    Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi  ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı.

    Xalq yeganə nicat yolunu Heydər Əliyevdə görürdü, Azərbaycan xalqı Ulu Öndəri  təkidlə hakimiyyətə çağırırdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər
    Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı  bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız Ümimmilli Liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər.

    1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi.

    Amma Heydər Əliyev  xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.
    Təbii ki, bu gün hər birimiz bunun şahidiyik və bu gün ölkəmizin hər yerində böyük şəxsiyyətin 100 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir,ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir və hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

    Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasətin nəticəsidir  ki, bugün Azərbaycanı bütün dünya tanıyır. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib.

    Əlimə qələm alıb haqqında yazmaq istədim,

    Kainata sığmayan bir yazıya sığarmı?!


    Dilarə HÜSEYNOVA,
    Masallı Dövlət Regional Kollecin
    direktor müavini.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ