• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat

    Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat


               
      2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
                 
    Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir.

    Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

    Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.

     Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
                   
    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı  Milli Qurtuluş Günü kimi qeyd edir.
                  Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.


    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    2. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    3. 23:30 Tarixi qələbəyə aparan yol
    4. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    5. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    6. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    7. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    8. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    9. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    11. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    12. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    13. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    14. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    15. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    16. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    17. 11:31 Masallıda Qurban bayramı - 2025
    18. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    19. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    20. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    21. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    23. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    24. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    25. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    26. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    27. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    28. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    29. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    30. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    31. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    32. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    33. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    34. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    35. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    36. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    37. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    38. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    39. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    40. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ