• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Heydər Əliyev 100


    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
         
    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
         
    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
    Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
           
    Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
           
    Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
         
     Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
       
    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
       
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

                     

    Ceyhun Hüseynov,  
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    3. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 14:37 32 illik şərəfli yol
    5. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    6. 09:06 Ağdamın Zəfər Günü 
    7. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    8. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    9. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    10. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    11. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    12. 09:40 Masallının tanınmış ziyalısı
    13. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    14. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    15. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    16. 12:33 Yeni Azərbaycan Partiyası -32
    17. 12:31 Yeni Azərbaycan Partiyası -32
    18. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    19. 08:44 Azərbaycanı inkişafa aparan yol
    20. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    21. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    22. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    23. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    24. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    25. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    26. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    27. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    28. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    29. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    30. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    31. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    32. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    33. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    34. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    35. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    36. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    38. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    39. 16:17 Bişkekdə  Türk Dövlətləri Təşkilatılarının görüşü kecrilmişdir 
    40. 15:48 Masallı rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olundu
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ