Главная > Mədəniyyət > Masallı rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilb
Masallı rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilb20-05-2019, 15:39. Разместил: yeni321 |
![]() Mayın 20-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar şurasının təşəbbüsü ilə tədbir keçirilib. Tədbirdə ziyalı və ağsaqqallar, yaradıcı insanlar, kitabxana əməkdaşları, müəllim və məktəblillər iştirak ediblər. İştirakçılar öncə Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgini ziyarət ediblər. ![]() ![]() Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov müasir dünyada İ.Nəsiminin bir çox ideyalarının aktual olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Nəsimi səmavi kitabların, o cümlədən Quranın öyrənilməsi ilə Allaha qovuşmağın və yaradana layiq olmağın mümkün olacağını söyləyib. Şair Xanəli Ağayev Şərqin mütəfəkkir filosofu İ.Nəsimiyə həsr etdiyi şeiri oxuyub. Masallı şəhər 3 və 5 saylı tam orta məktəblərinin şagirdləri şairin qəzəllərini səsləndirib, “Nəsimi” filmindən səhnə nümayiş etdiriblər. Tədbirin sonunda çıxışına görə fərqlənən məktəblilər fəxri fərman və kitablarla təltif ediliblər. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |