• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilb

    Masallı rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilb

    Masallı rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilb
     
    Mayın 20-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar şurasının təşəbbüsü ilə tədbir keçirilib.
    Tədbirdə ziyalı və ağsaqqallar, yaradıcı insanlar, kitabxana əməkdaşları, müəllim və məktəblillər iştirak ediblər.
    İştirakçılar öncə Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgini ziyarət ediblər.
    Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev geniş məruzə ilə çıxış edərək hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü olan şairin zəngin yaradıcılığından söhbət açıb. O bildirib ki, Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. 50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir.
    Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov çıxışında Nəsimi yaradıcılığının bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə xidmət etdiyini, əsrlərlə onun adı əyilməz iradə və öz inanclarına sadiqlik simvolu kimi yüksəldiyini qeyd edib.
    Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov müasir dünyada İ.Nəsiminin bir çox ideyalarının aktual olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Nəsimi səmavi kitabların, o cümlədən Quranın öyrənilməsi ilə Allaha qovuşmağın və yaradana layiq olmağın mümkün olacağını söyləyib.
    Şair Xanəli Ağayev Şərqin mütəfəkkir filosofu İ.Nəsimiyə həsr etdiyi şeiri oxuyub.
    Masallı şəhər 3 və 5 saylı tam orta məktəblərinin şagirdləri şairin qəzəllərini səsləndirib, “Nəsimi” filmindən səhnə nümayiş etdiriblər.
    Tədbirin sonunda çıxışına görə fərqlənən məktəblilər fəxri fərman və kitablarla təltif ediliblər.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ