Dahi şairin şərəfinə
- 18-03-2019, 16:16
- Mədəniyyət
- 0
- 1 436

Nəsimi – 650
Dahi şairin şərəfinə
“Nəsimi ili” ilə əlaqədar Masallıda mütəmadi tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbində olub.

Məktəbin tarix müəllimi Sahil Fərzullayev Nəsiminin həyat və yaradıcılığına səyahət edib, fəlsəfi və lirik şeirlər müəllifini Azərbaycanı dünyaya tanıdan şairlərdən olduğunu gündəmə gətirib.

Tədbiri yekunlaşdıran Əməkdar müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov əsrinin böyük mütəfəkkiri olan İmadəddin Nəsiminin əsərlərindəki incə məqamlardan danışıb.
“Yeni həyat”,
www.yeniheyet.az