Главная > Mədəniyyət > Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib
Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib1-11-2019, 20:12. Разместил: yeni321 |
![]() Noyabrın 1-də Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib. Rayon Ağsaqqallar klubunda təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıb. S.Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Həsənağa Əliyevə təqdim edib. Masallı Rayon ağsaqqallar şurasının sədr müavini, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən danışıblar. ![]() ![]() Yubilyara AJB-nin H.Zərdabi diplomu, rayon ağsaqqallar şurasının, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib. *** Məlumat üçün bildirək ki, Həsənağa Murtuza oğlu Əliyev 1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1967-ci ildə kənd məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İşləyə-işləyə təhsilini davam etdirib. Sovxozda fəhlə işləyib. 1971-ci ilin avqustundan “Çağırış” qəzeti mətbəəsində mürəttibliyə başlayıb. 1974-cü ildən korrektor, kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi, müdiri olub. “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. “İki sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun naminə”, “Azad Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib. ![]() O, bu gün də jurnalistika fəaliyyətini uğurla davam etməkdədir. “Yeni həyat” qəzetinin məsul katibidir. 2011-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını alıb. “Qızıl qələm”, H.B Zərdabi media mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub. Azərbaycan Jurnalistlər Birliyi rayon təşkilatının sədridir. Mahmudavar ərazi Ağsaqqallar şurasının sədridir. ![]() Akif VAQİFOĞLU, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |