• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Noyabrın 1-də Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib.
    Rayon Ağsaqqallar klubunda təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıb. S.Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Həsənağa Əliyevə təqdim edib.
    Masallı Rayon ağsaqqallar şurasının sədr müavini, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən danışıblar.
    Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Babayev, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, ağsaqqallar Şərafət Əzimov, Həmdulla Məmmədov, Dadaş Məmmədov və başqaları çıxış edib, yubilyarı təbrik edib, onun barəsində xatirələr söyləyiblər. Bildirilib ki, Həsənağa Əliyev həmişə sənətinə qayım-qədim olub. Rayonun bütün sahələrindən – iqtisadi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, idman, ədəbi mühitindən dərc edilən yazılarda onun zəhməti əvəzsizdir. Tanınmış jurnalist yarım əsrə yaxındır ki, mətbu sözün işığında böyük həvəslə, yorulmadan yazıb yaradır, yaradıcılıq əzmi bitib-tükənmir. Taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirir. Publisistik yazıları ilə yanaşı felyeton, replika və digər janrlı məqalələri aktuallığı ilə seçilir. Ömrünün müdriklik çağlarını yaşayan təcrübəli jurnalist sözün əsl mənasında sadəlik, səmimilik və alicənablıq nümunəsidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə isbatlayan ağsaqqal yazardır.
    Həsənağa Əliyev tədbirin təşkilinə görə rayon rəhbərinə minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.
    Yubilyara AJB-nin H.Zərdabi diplomu, rayon ağsaqqallar şurasının, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.
                                                                ***
    Məlumat üçün bildirək ki, Həsənağa Murtuza oğlu Əliyev 1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1967-ci ildə kənd məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İşləyə-işləyə təhsilini davam etdirib. Sovxozda fəhlə işləyib. 1971-ci ilin avqustundan “Çağırış” qəzeti mətbəəsində mürəttibliyə başlayıb. 1974-cü ildən korrektor, kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi, müdiri olub. “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. “İki sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun naminə”, “Azad Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib.
    “Nicat qapısı”, “Nurlu ürəklər”, “ ...Dünya heç kimin”, “Yaxşılara yaxşı deyək”, “Baharda köçən durnalar”, “Mahmudavarın mərd övladları”, “Çətin yolun müsafiri”, “Zirvədən boylanan xatirələr” adlı publisist kitablarında Masallının salnaməsini yaradıb. Onlarca kitabın redaktoru, məsləhətçisi, rəyçisi olub.
    O, bu gün də jurnalistika fəaliyyətini uğurla davam etməkdədir. “Yeni həyat” qəzetinin məsul katibidir.                    
    2011-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını alıb. “Qızıl qələm”, H.B Zərdabi media mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub.
    Azərbaycan Jurnalistlər Birliyi rayon təşkilatının sədridir. Mahmudavar ərazi Ağsaqqallar şurasının sədridir.
     
    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ