• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

    Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

     
    Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

    Mayın 23-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 80  illiyi münasibətilə yubiley tədbiri keçirilib.
    Yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, alim-yazarın dostları, qohumları və digər qonaqlar iştirak ediblər.
    Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxılıb.
    Sonra yazıçı-publisist, tarixçi alimin həyat yolundan bəhs edən videoçarx izlənilib.
    Tədbiri giriş sözü ilə açan Masallı rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev görkəmli alimin həyat və yaradıcılığından danışıb. Deyib ki, Musa Nizam oğlu Quliyev 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olub. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda (1955-1959), daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində(1960-1971) təhsil alıb.
    Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Mərkəzi Dövlət muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb, sonradan muzeyin elmi işlər üzrə direktor müavini (1971-1991) olub.
    Bir müddət Bilik cəmiyyətində sədr müavini işləyib, ADU-da tələbələrə tarix fənnini tədris edib. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 15-dən çox bədii kitabın müəllifidir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında nüfuzlu ziyalı, alim, yazıçı-publisist Musa Quluzadəni dövlətçiliyimizə sədaqətli ictimai siyasi xadim, ulu öndər Heydər Əliyevin ideyalarının yorulmaz təbliğatçısı kimi xarakterizə edib.  Rayon rəhbəri bildirib ki, M.Quluzadə ədəbi yaradıcılığında, siyasi-elmi fəaliyyətində olduğu kimi, həyatda da olduqca səmimi insandır. Onun milli-mənəvi, insani keyfiyyətləri, şəxsiyyəti bütün sadalanan titullarından üstündür...
    Yubiley tədbirində Prezident təqaüdçüsü Şirvan Əbilov, Milli Məclisin üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, müəllim Səxavət Əliyev və başqaları çıxış edərək Musa Quluzadənin keçdiyi həyat yolu barədə fikirlərini, xatirələrini bölüşub, onu gözəl dost, ailə başçısı və səmimi, qayğıkeş insan, müdrik el ağsaqqalı, istedadlı alim və pedaqoq, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib səxsiyyət kimi dəyərləndirib, yubileyi münasibətilə təbrik ediblər.
    Həmçinin bütün ömrünü ləyaqətlə yaşayan, yalnız zəhmət və əməksevərliyi hesabına yüksək mövqelərə yüksələn Musa Quluzadənin 50 ilə yaxındır ki, pedaqoji işlə məşğul olduğunu diqqətə çatdıran natiqlər onun elmi fəaliyyətindən, apardığı tədqiqatların əhəmiyyətindən, idarəçilik səriştəsindən, bədii yaradıcılığından danışıblar. Bildirilib ki, ixtisasca tarixçi alim kimi 3 monoqrafiyanın, təcrübəli və səriştəli yazar kimi 15-ə yaxın kitabın (“Püstə”, “Onu hamı görmək istəyirdi”, “Təbliğat vasitələrinin təsir gücü”, “Meşədən səs gəlir”, “Ötən günlərin sorağında”, “Mərhəmətli və şəfqətli qəlb”, Qafqaz şeyxülislamı Allahşükür Paşazadə haqqında "Şəfqətli və mərhəmətli qəlb", "Dünya yaxşılarındır", "Bu da bir ömürdür", "Xatirələrdən boylanan ömür" və s.), yüzlərlə elmi-pedaqoji və publisistik məqalələrin müəllifidir.
    Sonra N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Miriş Hüseynov ustad sənətkar Rəşid Behbudovun repertuarından “Üzüyümün qaşı firuzədəndir” və “Nazəndə sevgilim” kompozisiyalarını ifa edib, gənc müəllim Cəbrayıl Əlili yubilyarın “Durna qatarı” və “Sənin gözlərinlə” mənsur şeirlərini səsləndirib.
    Tədbirdə yubilyara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
    Musa Quluzadə tədbir təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və onun yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib.
    Sonda yubilyarla xatirə şəkli çəkilib.
     


    Əlihüseyn Şükürov, 
    Akif AĞAYEV,
     “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ