Главная > Mədəniyyət > Masallıda ağsaqqal yazarın yeni kitabının təqdimatı olub
Masallıda ağsaqqal yazarın yeni kitabının təqdimatı olub3-03-2020, 13:55. Разместил: yeni321 |
![]() Masallı rayon Ağsaqqallar Klubunda Masallı Rayon Ağsaqqallar Şurasının sədri yazıçı-publisist, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitabının təqdimatı olub. Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayaraq, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib. ![]() Yazarın qələm yoldaşları Əyyub Mehdiyev, Soltanağa Cəfərov, Əbülhəsən Həsənzadə, Xodaşirin Cəbiyev, Əlizaman Baxış Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ə.Niftiyevin sayca 11-ci və 3 bölmədən ibarət olan kitabını böyük maraqla oxuduqlarını bildirib, əsəri yüksək qiymətləndiriblər. Natiqlər kitabın oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar. ![]() Müzakirələr zamanı gənclərdən Emin Nüsrətov, Hüseyn Seyfullayev, Orxan Rzayev bildiriblər ki, 75 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir. ![]() Sonda el ağsaqqalı, dəyərli ziyalı Ə.Niftiyev tədbirə toplaşanlara minnətdarlığını bildirib, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib. 11 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi deyib ki, əgər ömür vəfa qılarsa bundan sonra da yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |