• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ağsaqqal yazarın yeni kitabının təqdimatı olub

    Masallıda ağsaqqal yazarın yeni kitabının təqdimatı olub

    Ağsaqqal yazarın yeni kitabının təqdimatı“Gərək sevəsən, seviləsən və sevindirəsən”
     
    Masallı rayon Ağsaqqallar Klubunda Masallı Rayon Ağsaqqallar Şurasının sədri yazıçı-publisist, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitabının təqdimatı olub.
    Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayaraq, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.
    Tədbirə toplaşanlar uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev haqqında xoş sözlərini dilə gətirib, kitabla bağlı fikirlərini bölüşüblər.
    Yazarın qələm yoldaşları Əyyub Mehdiyev, Soltanağa Cəfərov, Əbülhəsən Həsənzadə, Xodaşirin Cəbiyev, Əlizaman Baxış Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ə.Niftiyevin sayca 11-ci və 3 bölmədən ibarət olan kitabını böyük maraqla oxuduqlarını bildirib, əsəri yüksək qiymətləndiriblər. Natiqlər kitabın oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar.
    MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, rayon mərkəzi kitabxanasının müdiri Əlhəddin Nəzərov, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, oxucular Rafiq Bağırov, Əfrail Fərziyev yazıçının ərsəyə gətirdiyi 210 səhifəlik kitabda Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yolundan bəhs edildiyini, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin məharətlə əks etdirildiyini diqqətə çatdırıblar.
    Müzakirələr zamanı gənclərdən Emin Nüsrətov, Hüseyn Seyfullayev, Orxan Rzayev bildiriblər ki, 75 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir.
      Təqdim olunan kitab barədə müsbət rəy söyləyənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
    Sonda el ağsaqqalı, dəyərli ziyalı Ə.Niftiyev tədbirə toplaşanlara minnətdarlığını bildirib, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib. 11 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi deyib ki, əgər ömür vəfa qılarsa bundan sonra da yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    2. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    3. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    4. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    6. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    8. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    9. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    10. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    11. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    12. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    13. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    14. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    15. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    16. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    17. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    18. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    19. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    20. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    21. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    22. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    23. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    24. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    27. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    28. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    29. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    30. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    31. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    32. 07:45 Bir ağacda beş cür meyvə...
    33. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    34. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    35. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    36. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    37. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    38. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    39. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    40. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ