• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda yeni kitabların təqdimatı

    Masallıda yeni kitabların təqdimatı

     
                                               Masallıda yeni kitabların təqdimatı 
     
    Ağsaqqal sözü, Vətən sevgisi, milli-mənəvi və multikultural dəyərlər...
     
    Masallıda rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Mərkəzi Kitabxana Sisteminin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsi əməkdaşlarının, ağsaqqal və ziyalıların, yaradıcı insanların iştirakı ilə rayonun ədəbi mühitinin bir neçə nümayəndəsinin əsərlərinin təqdimatı keçirilib.
    Masallı şəhər Ağsaqqallar Klubunda təşkil olunan tədbirdə yazıçı-publisist Ələşrəf Niftiyevin “Yaxşılığa qoyulmayıb tərəzi...”, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayevin (Ağa) “Hər görüşdə ayrılıq var...”, qocaman və tanınmış pedaqoq Əlisa Qədiyevin “Kalinovka”, yaradıcı tibb işçisi Rəna Rzayevanın (Əlisaqızı) “Doğma yurdum Kalinovka” kitablarının müzakirəsi olub.
    Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev qeyd edib ki, son vaxtda nəşr olunmuş kitabların əsas leytmotivini milli-mənəvi dəyərlərimizin, gənclərin hərbi-vətənpərvərlik işinin təbliği, Azərbaycanımızın dünyada bəyənilən və qəbul edilən multikultural və tolerantlıq sahəsində müsbət təcrübəsinin genişləndirilməsi, azərbaycançılıq ideologiyasının miqyasına diqqətin artırılması, doğma yurdumuza, ölkəmizin dəyərlərinə layiqli qiymətin verilməsi təşkil edir.
    Natiq respublikamızda ağsaqqallara, incəsənət nümayəndələrinə, yazıçı və şairlərə verilən yüksək qiymətdən söz açaraq, ölkə Prezidenti tərəfindən son günlər əhalinin rifahının yüksəlməsi yönümüdə atdığı inqilabi addımlardan danışıb, belə bir şəraitdə yazıb-yaratmağa, bacarığını nümayiş etdirməyə yaradıcı insanlarda daha da böyük həvəs oyandığını vurğulayıb.
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ələşrəf Niftiyev bildirib ki, Novruz bayramı və poeziya günü ərəfəsində təqdimatına toplaşdığımız bu kitablardakı xatirələr, şeirlər, hekayələr, sənədli yazılar hər bir yazarın torpağa, Vətənə sevgisi, əhatəsindəkilərin məhəbbəti, digər xalqların nümayəndələrinə hörmət-izzətin, yüksək insani hisslərin əks-sədasıdır.
    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı (MƏSQVT) Masallı şöbəsinin sədri Məmmədağa Şiriyev, “Xalq Qəzeti"nin bölgə müxbiri, tanınmış jurnalist, şair-publisist Əli Nəcəfxanlı, yaradıcı ağsaqqal Şərafət Əzimov, yazar Dilşad Kərimova (Nüsrətqızı), Mərkəzi kitabxananın müdiri Əlhəddin Nəzərov, R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, RİHB-nin Viləş (Kalinovka) kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov, ədəbiyyat müəllimi Oqtay Həsənov, oxucular Əfrail Fərziyev, Sərraf Eyvazov, Nazilə Tahirova, İttifaq Rzayev və başqaları müəlliflər haqqında xoş sözlərini dilə gətirib, kitablarla bağlı fikirlərini bölüşüb, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
    Təqdim olunan əsərlərin əhəmiyyətindən danışaraq, onlar barədə müsbət rəy söyləyən çıxışçılar bu kitabların gənc və yaşlı nəsil nümayəndələri üçün oxunaqlı olacağını əminliklə ifadə ediblər.
    Müzakirələrdə vurğulanıb ki, tanınmış yazıçı- publisist Ələşrəf Niftiyevin oxucularla növbəti onuncu – “Yaxşılığa qoyulmayıb tərəzi...” kitabı ilə görüşə gəlməkdə məqsədi milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasında xidmətləri olmuş Masallıdan olan ağsaqqalların, habelə bu istiqamətdə səmərəli fəaliyyət göstərən rayon şurasının işindən söz açmaqdır. Kitabda yeniyetmə gənclərə xitabən bu irsi öyrənməyə, aqil və müdriklərdən nümunə götürməyə çağırış ön plandadır. Həmçinin müəllifin təqdim etdiyi son iki ilə qədər müddətdəki qələmə aldığı yazılarında, gənclərə nəsihətdə millətimizi səciyyələndirən azərbaycançılığın fərqləndirici xüsusiyyətlərindən olan yaxşılığa, xeyirxahlığa, mərhəmətə xidmətdə yaşlı nəslin ənənələrini davam etdirmək üçün öyüd-nəsihət, ağsaqqal sözü əsas yer tutur.
    Müəllif qələm yoldaşları, oxucular yekdilliklə bildiriblər ki,  əmək veteranı Ələşrəf müəllim məsul vəzifələrdə qüsursuz çalışdığı bütün zamanlarda gənc nəslin, bütün yazarların himayədarı olub. Elə bunun bəhrəsidir ki, yaradıcı şəxsin qələmə aldığı əksər əsərlərin qəhrəmanları real həyatdan götürdüyü insanlardır. Məhz buna görə də bu əsərlər maraqla oxunur.
    Qeyd olunub ki, ağsaqqal yaradıcı Əlisa Qədiyev “Kalinovka” kitabında bu kəndin inkişafı yollarında tarixi sübutlara istinad edərək, bütün olanları ustalıqla qələmə alınmışdır. Kitabda əsas yerlərdən birini də Viləş kəndində yaşamış və iki qardaş millətin – molokonlar və azərbaycanlıların 185 il qonşuluq şəraitində birgəyaşayışının tərənnümü tutur.
    89 yaşlı müəllif burada multikultural münasibətlərə geniş yer verir. Bu yerdə ilk məskən salan molokonlar olsa da, son olaraq ətraf kəndlərdən bura insan axını başlamışdır. Buna baxmayaraq, köçüb gəlmiş ayrı-ayrı xalqların nümayəndələri azərbaycanlılarla qaynayıb qarışmış, mehriban ailə kimi yaşamış və günümüzə kimi yaşamaqdadırlar.
    İki əsrə yaxın yaşı olan bu kəndin dünəni, bu günü, sənət adamları, ziyalıları, eləcə də kəndin etimologiyası haqqında geniş məlumat verən müəllif  bu torpağın yetişdirdiyi vətənpərvər qəhrəmanları da unutmur:

    And içib şəhidləri uyun torpağa,
    Nurlan sarılaraq odlu silaha,
    Şahin tək şığıdı qanlı meydana
    Zərbələr endirdi haqsız düşmana.
    Hayqırdı yağılar üstünə bir də,
    İntizar həsrəti qaldı geridə...
     
    “Hər görüşdə ayrılıq var...” kitabı haqqında danışılarkən məlumat verilib ki, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağa şeirləri və bədii-publisistik yazıları ilə 1972-ci ildən dövri mətbuatda çıxış edir. Üç tarixi- etnoqrafik, bədii-publisistik və iki şeirlər kitabının müəllifidir.
    Ötən əsrin 80-ci illərində bu istedadlı insana mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Uğurlu yol” yazaraq, dəyərli fikirlər söyləmişdir. N.Ağa ilə vaxtaşırı əlaqə saxlayan B.Vahabzadə məktublarının birində yazır: “ Şeirlərin çox xoşuma gəldi. Yenidir, orijinaldır. Düşüncən və hissin əsl şair düşüncəsi və hissidir. Belələri az olur, amma olur. Sağ ol təbrik edirəm, sənə uğurlar diləyirəm. ”
    Təqdim olunan kitabda müəllifin şeir, qəzəl və poemaları ilə yanaşı tanınmış tənqidçilər, filologiya elmləri doktorları Vaqif Yusifli, Akif Hüseynli, eləcə də digər qələm yoldaşlarının Nurməmməd Ağanın yaradıcılığından bəhs edən yazıları yer alıb.
    Kitabın redaktoru, şairin qələm yoldaşı Əli Nəcəfxanlının dediyi kimi, Nurməmməd Ağanın yaradıcılıq nümunələri sərraf oxucu nəzərlərindən yayınmır. “Təndir Vətəndir”, "Gənclik metrosu" və s. sanballı şeirlər müəllifi kimi tanıdığım bu müəllif indi də əruz vəznində qələmini məharətlə sınayır, türfə qəzəllər yazır...

    “...Hanı ocaq hənirtisi, ocaq istisi?!
    Hanı təndir, hanı külfə, hanı o ərsin?!
    Qovub barıt qoxusunu təndir tüstüsü,
    Çınqı-çınqı təndirimin külü göyərsin!
    Vətənə təndir,
    Vətəndi təndir!”
    Odu ruzudu,
    Külü bitəndir!

    Və ya:

    “Metroda bir qoca soruşdu mənnən:
    Necə getmək olar, “Gəncliy”ə, bala?!
    Dedim:-Qocalıqdan, hələ gəncliyə
    Metro çəkilməyib, bilirsən, baba?!
    Baxıb gülümsədi, xəyala daldı,
    Sonra köks ötürdü, bilsən nə qədər:
    Dedim:- eh, qocalıq yaxşı olsaydı,
    Adına bir metro düzəldərdilər... “
    Müzakirələr zamanı bildirilib ki, Rəna Əlisaqızının “Doğma yurdum Kalinovka” kitabında Masallı rayonunda rus və molokonların məskunlaşdığı yeganə rus kəndi olan, Viləş çayının sahilində yerləşən bu yaşayış məntəqəsinin yaxın keçmişi, kəndin nümunəvi xidməti olmuş övladlarına həsr edilmiş poema və hekayələri əks olunub, bununla yanaşı, müəllif kitabında molokonların azərbaycanlılarla qonşuluq münasibətlərinə və fərqli millətlərin, dinlərin xalqımızın tolerantlıq əqidəsini əks etdirən reallıqlara geniş yer vermişdir.
    Şairə-publisist bu kitabında kəndin keşmişinə nəzər salıb, “Tənha qadın”, “Alman tipli ev”, “Evin son sakini”, “Hələ də gözləyirlər”, “Yurd sevgisi” hekayəsində, “Ürəyimin səsi” poemasında igid, əməksevər insanların həyatını, yaşam tərzini qələmə alıb.

    ...”Bənbənövşə”, “Əvvəliydi” oyunumuz,
    Bərkiyərdi bədənimiz, qolumuz.
    “Vurdu-qaçdı” oynayardı uşaqlar,
    Qələbəyçün ucalardı alqışlarş
    “Çiling ağac” “Xan-vəzir”di oyunumuz,
    Oynayardıq, vardı dəvə topumuz...

    Və yaxud da:

    ...Uzunduraz Olqa vardı mordovan,
    Rəqs etməkdə verməz idi heç aman.
    Katib Mila toyumuzda süzərdi,
    Əlimizdən manatları üzərdi.
    “Kalinkaydı” ən sevimli mahnısı,
    Döndərərdi “İnnabı”ya havasın.
    Fatma xala tez yerindən duradı,
    Mila ilə qol-boyun oynayardı...
     Qeyd edək ki, orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olan Rəna Əlisa qızının dövri mətbuatda, almanaxlarda və jurnallarda şeir, qəzəl, mənsur şeirlər, hekayə və poemaları dərc olunub. Hazırda Viləş kənd xəstəxanasında tibb işçisi kimi çalışan R.Əlisaqızı “Qızıl qələm”, “Xanqızı Natəvan”, “Şəfalı əllər” media mükafatları laureatıdır. Bundan əlavə müəllifin “Oxu ürəyimi sən vərəq-vərəq”  şeirlər kitabının müəllifidir.
    Tədbirdə şairənin nəvələri Fatimə və Zəhra Rzazadələr, Zahidə Oruclu onun şeirlərindən bir neçəsini səsləndiriblər.
    Müəlliflər tədbirə toplaşanlara minnətdarlıqlarını bildirib, yaradıcılıq planlarından danışıb, yeni şeirlərini oxuyub, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim ediblər.
    Onlar çıxışlarında diqqətə çatdırıblar ki, bundan sonra da yazacağımız əsərlərdə xalqa, dövlətçiliyimizə xidmət, Azərbaycanımızın uğurlarının dolğun təbliğinə geniş yer verəcək, oxucu rəğbətini qazanmaq üçün daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyik.
    Sonda təqdimat sahiblərinə - yaradıcı ağsaqqal və ziyalılara rayon ağsaqqallar şurasının və MƏSQVT-nin Fəxri fərmanları təqdim edilib. 

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ