Главная > Mədəniyyət > MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır

MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır


16-12-2020, 16:36. Разместил: yeni321
MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır

  İşğal olunan torpaqlarımız düşmən tapdağından azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. Hər birimizin qürur və fərəh yeri olan hünərvər oğullarımızın adlarının əbədiləşdirilməsi onların ruhuna hörmət və ehtiramın ifadəsidir.
Masallı rayonunun Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır. On gündən çoxdur ki, abidənin təməli qurulub, ilkin işlərə start verilib.
Məlumat üçün bildirək ki, abidə komleksinin tikintisi kənd xeyriyyə cəmiyyətinin təşəbbüsü, xeyirxah insanların köməyi ilə reallaşır.
Bu nəcib aksiya – əbədiyyətə qovuşmuş döyüşçülərimizin xatirəsinin yad edilməsi, onların doğmalarının, kənd sakinlərinin böyük razılığı ilə qarşılanır.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад