MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır
- 16-12-2020, 16:36
- Mədəniyyət
- 0
- 1 107


Masallı rayonunun Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır. On gündən çoxdur ki, abidənin təməli qurulub, ilkin işlərə start verilib.
Məlumat üçün bildirək ki, abidə komleksinin tikintisi kənd xeyriyyə cəmiyyətinin təşəbbüsü, xeyirxah insanların köməyi ilə reallaşır.
Bu nəcib aksiya – əbədiyyətə qovuşmuş döyüşçülərimizin xatirəsinin yad edilməsi, onların doğmalarının, kənd sakinlərinin böyük razılığı ilə qarşılanır.

“Yeni həyat”,
www.yeniheyet.az