• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib

    Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib

    Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib
     
    Masallı rayonunun Gəyəçöl kəndinin mərkəzi hissəsində salınmış və Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Parkı sakinlərin istifadəsinə verilib.
    Yanvarın 18-də bu münasibətlə təşkil olunan mərasimdə Masallı RİH başçısı Şahin Məmmədov və aparatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, parkın salınmasında yaxından təşəbbüs göstərmiş gəyəçöllü iş adamları, müəllim və şagirdlər, qonaqlar, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
    İcra başçısı ilk öncə parkda yaradılan şəraitlə yaxından tanış olub.
    Parkın ətrafı dekorativ hasarla əhatə olunmuş, parkda səkilər salınmış, skamyalar quraşdırılmışdır. Ərazisində çinar və şam ağacları əkilmişdir.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirdi ki, bu gün çox möhtəşəm mərasimə toplaşmışıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidənin açılması doğrudan da qürurvericidir. Xalqımızın böyük oğlu Heydər Əliyev sovetlər birliyinin rəhbərliyindən mənfur düşmənlərimizin hiyləsi və əli ilə Moskvadan uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ ətrafında başlanan münaqişə nəticəsində minlərlə şəhidlər verdik. Dahi rəhbər respublikaya hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin, gənclərimizin şəhid olmasının qarşısı alındı, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandı. Bundan sonra nizami ordu quruculuğuna başlanıldı.
    Gəyəçöl kəndinin 6 şəhidi var. Şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, adları əbədiləşdirilir. Onların xatirəsinə ucaldılan abidə bütün şəhidlərimizin ruhuna olan hörmət və ehtiramdır. Şəhidlər əbədiyyətə qovuşsa da, heç zaman ölmür. Onlar həmişə yaşayır. Dövlət başçısının qayğı və diqqəti həmişə şəhid ailələrinə yüksəkdir. Son illərdə cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğının şahidiyik. Mənzillərin verilməsi, fərdi evlərin tikintisi, sosial problemlərinin həlli məqsədilə Prezident təqaüdünün təsis edilməsi bütün bunlara əyani nümunədir.
    Ali Baş Komandan bütün çıxışlarında dönə-dönə qeyd edir ki, torpaqlarımız düşmən tapdağından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Bu hamımıza gün kimi aydındır. Cənab İlham Əliyevin səyi ilə bütün torpaqlarımız tezliklə işğaldan azad ediləcəkdir.
    Gəyəçöllülərin öz əməyi, alın təri ilə qazandığı vəsaitlə belə bir abidə ucaltması onların necə vətənpərvər, torpağına bağlı vətəndaş olmasını sübut edir. Mən bu abidənin ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. İnanıram ki, ziyarət yerimiz olacaq bu məkan yetişməkdə olan balalarımızın vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayacaqdır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, tanınmış xeyriyyəçi Xudayar Rəhimov, şəhid atası Əziz Ağayev, kənd sakini Zaur Niftiyev, kənd məktəbinin müəllimi Lalə İsrafilova və başqaları abidənin açılışında iştirak edənlərə minnətdarlıqlarını bildirib, bütün şəhidlərimizə və onların doğmalarına hər zaman göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını ifadə etdilər.
    Tədbirdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan geniş bəhs olunub.
    Gəyəçöl məktəblilərinin ifasında təqdim olunan vətənpərvərlik, qəhrəmanlıq mövzusunda ədəbi-bədii kompozisiya maraqla qarşılandı.

    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ