Главная > Mədəniyyət > Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
Arif Fərzəli: ZƏFƏR YAĞIŞI21-12-2020, 23:29. Разместил: yeni321 |
![]() Bu yağış hara yağsa da, ta qələbə gününəcən Şuşaya yağmayacaq, diksindirməyəcək bizsiz küçələri, bizsiz evləri... (2015-ci ildə yazdığım “May yağışı” seirindən). Axırı, Şuşanın da üstündə buludlar yayxandı, axır ki, Şuşaya da yağış yağdı bu gecə, döngə-döngə, küçə-küçə sellənib axdı yenə, həm də iyirmi səkkiz sinə əvvəlkindən daha gur, daha coşğulu, daha çılğın... İslandıqca, körpə uşaq kimi sevinirdi qos-qoca şəhər, sanki əvəzini çıxırdı, az qala, bir qərinə buludsuz - yağışsız qalmağın... Bu gecə Şuşaya yağış yağdı, bomboz, bumbuz, əsl payız yağışı, amma mehri-sevgisi ilk bahar leysanınca, billur təmasından dirçəldi, özünə gəldi bunca həsrətini çəkdiyi hər dam, hər səki, hər barı, büllur tumarından dikəldi sahibsizlikdən ur gətirmiş qala divarı... Bu gecə Şuşaya yağış yağdı, yuyub təmizlədi onu düşmən izindən, düşmən nəfəsindən... Arif FƏRZƏLİ. Вернуться назад |