Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
- 21-12-2020, 23:29
- Mədəniyyət
- 0
- 732
Zəfər yağışı
Bu yağış
hara yağsa da,
ta qələbə gününəcən
Şuşaya yağmayacaq,
diksindirməyəcək
bizsiz küçələri,
bizsiz evləri...
(2015-ci ildə yazdığım “May yağışı” seirindən).
Axırı,
Şuşanın da üstündə
buludlar yayxandı,
axır ki,
Şuşaya da yağış yağdı
bu gecə,
döngə-döngə,
küçə-küçə
sellənib axdı
yenə,
həm də iyirmi səkkiz sinə
əvvəlkindən
daha gur,
daha coşğulu,
daha çılğın...
İslandıqca,
körpə uşaq kimi sevinirdi
qos-qoca şəhər,
sanki əvəzini çıxırdı,
az qala,
bir qərinə
buludsuz - yağışsız qalmağın...
Bu gecə
Şuşaya yağış yağdı,
bomboz,
bumbuz,
əsl payız yağışı,
amma
mehri-sevgisi
ilk bahar leysanınca,
billur təmasından
dirçəldi,
özünə gəldi
bunca
həsrətini çəkdiyi
hər dam,
hər səki,
hər barı,
büllur tumarından
dikəldi
sahibsizlikdən ur gətirmiş
qala divarı...
Bu gecə
Şuşaya yağış yağdı,
yuyub təmizlədi onu
düşmən izindən,
düşmən nəfəsindən...
Arif FƏRZƏLİ.
Bu yağış
hara yağsa da,
ta qələbə gününəcən
Şuşaya yağmayacaq,
diksindirməyəcək
bizsiz küçələri,
bizsiz evləri...
(2015-ci ildə yazdığım “May yağışı” seirindən).
Axırı,
Şuşanın da üstündə
buludlar yayxandı,
axır ki,
Şuşaya da yağış yağdı
bu gecə,
döngə-döngə,
küçə-küçə
sellənib axdı
yenə,
həm də iyirmi səkkiz sinə
əvvəlkindən
daha gur,
daha coşğulu,
daha çılğın...
İslandıqca,
körpə uşaq kimi sevinirdi
qos-qoca şəhər,
sanki əvəzini çıxırdı,
az qala,
bir qərinə
buludsuz - yağışsız qalmağın...
Bu gecə
Şuşaya yağış yağdı,
bomboz,
bumbuz,
əsl payız yağışı,
amma
mehri-sevgisi
ilk bahar leysanınca,
billur təmasından
dirçəldi,
özünə gəldi
bunca
həsrətini çəkdiyi
hər dam,
hər səki,
hər barı,
büllur tumarından
dikəldi
sahibsizlikdən ur gətirmiş
qala divarı...
Bu gecə
Şuşaya yağış yağdı,
yuyub təmizlədi onu
düşmən izindən,
düşmən nəfəsindən...
Arif FƏRZƏLİ.