Главная > Mədəniyyət > Masallı Xalq Teatrı virtual tamaşa-kompozisiya ilə çıxış edib

Masallı Xalq Teatrı virtual tamaşa-kompozisiya ilə çıxış edib


11-02-2021, 12:33. Разместил: yeni321
Nizami Gəncəvi – 880
 
Masallı Xalq Teatrı virtual tamaşa-kompozisiya ilə çıxış edib

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı "Kərpickəsən kişinin hekayəti" adlı virtual tamaşa-kompozisiya ilə çıxış edib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanmış kompozisiyada zəhmətsevərlik, halallıq, təvazökarlıq kimi ülvi mənəvi keyfiyyətlər təqdir olunur, lovğalıq, müftəxorluq, tənbəllik kimi naqisliklər tənqid edilir.
Tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında teatrın rejissoru Cəmaləddin Əliyev, aktyor Cavid Quliyev, bədii qiraətçi Ziyafət Hüseynov və başqaları iştirak ediblər.
Məlumat üçün bildirək ki, virtual kompozisiya N. Gəncəvinin 880 illik yubileyi və "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanıb.

www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад