Главная > Mədəniyyət > Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi
Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi20-04-2021, 18:00. Разместил: yeni321 |
![]() Aprelin 20-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı növbəti virtual səhnə tədbiri ilə çıxış edib. Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan, ustad el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə hazırlanmış virtual musiqili kompozisiya sənətsevərlərin ixtiyarına verilib. Rayon Xalq teatrı və Mədəniyyət Mərkəzinin birgə əməyi ilə təşkil edilmiş virtual ədəbi-bədii, musiqili proqramda mərkəzin solistləri şux və zövqlü repertuarla çıxış ediblər. ![]() Solo ifalar zamanı əsasən aşıq musiqisinə, o cümlədən Aşıq Ələsgərin şeirlərinə qoşulmuş aşıq havalarına üstünlük verilib. Virtual kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanıb. www.yeniheyet.az Вернуться назад |